Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-07-2026 , 17:44

142

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Seymur Həsənov: “Son üç il ərzində büdcə gəlirlərini 61 faiz artıra bilmişik”

“Son üç ilin birinci yarım ilinin müqayisəsi göstərir ki, cari ildə büdcə gəlirlərində 61 faizlik artım müşahidə olunub. Belə ki, cari ilin birinci yarısında ümumilikdə 363.787 manat büdcə gəliri əldə olunub ki, onun da 343.059 manatı əmlak vergisindən, 13.271 manatı torpaq vergisindən və 7.457 manatı isə mehmanxana rüsumlarından daxil olub”- bu fikirləri Belediyye.infoya Səbail rayonu, Badamdar bələdiyyəsinin sədri Seymur  Həsənov deyib.

Sədr qeyd edib ki, 2025 -ci ildə ilin birinci yarısında ümumilikdə 282.423 manat büdcə gəliri əldə olunub ki, onun da 261.810 manatı əmlak vergisindən, 14.477 manatı torpoaq vergisindən və 6.136 manatı isə mehmanxana rüsumlarından daxil olub.

2024-cü il üzrə götürdükdə büdcə gəlirlərində artımı tam şəkildə müşahidə etmək olar. Belə ki, 2024 -ci il ilin birinci yarısında ümumilikdə 226.049 manat büdcə gəliri əldə olunub ki, onun da 212.782 manatı əmlak vergisindən, 11.868 manatı torpoaq vergisindən və 1.399 manatı isə mehmanxana rüsumlarından daxil olub.

Sədr qeyd edib ki, cari ildə qarşıya qoyduğumuz hədəf isə büdcə gəlirlərinin həcmini  700 min manata çatdırmaqdır.

Maraqlıdır, əldə olunan maliyyə vəsaiti hara xərclənib?

Sədr bununla bağlı bildirib ki, 2026-cı ilin 6 ayı ərzində Badamdar qəsəbəsində 10 ünvanda ümumilikdə 3880 kv.m əraziyə asfalt örtüyü salınmış və bərpa edilmişdir.

Bununla yanaşı, qəsəbədə 4 ünvanda abadlıq və təmir-bərpa işləri görülmüşdür Heydər Əliyev parkında qazon örtüyü yenilənmiş və mövsümü güllər əkilmişdir. Badamdar şossesinin bir hissəsində yerləşən yolkənarı divarlarda təmir abadlıq işləri aparılmışdır. Badamdar şossesi və Mikayıl Müşfiq küçəsində yolkənarı divarların təmir və abadlıq işləri aparılmışdır. 3-cü yaşayış massivi, Üfüq küçəsi isə  inşaat tullantılarından təmizlənmişdir.

2026-cı ilin I yarımilliyində qeyd edilən bayram günləri ilə əlaqədar Badamdar bələdiyyəsi şəhid ailələrini, qaziləri və aztəminatlı ailələri diqqət mərkəzində saxlamış, onlara maddi və mənəvi dəstək məqsədilə ərzaq bağlamaları və qurban payları verilmişdir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Əziz Zeynalova ağır itki üz verib

Bakı
22-06-2026
1099