Yaşar Abdullayev: “Məqsədimiz daha yüksək nəticələr əldə etməkdir”
“Bələdiyyə olaraq əsas vəzifəmiz sakinlərə xidmət etmək, vətəndaş məmnunluğunu təmin etməkdir”-bu fikirləri Belediyye.infoya Gəncə şəhəri, Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev deyib.
Sədr qeyd edib ki, bələdiyyənin vergi xidmətinin əsas hədəfi büdcə gəlirlərinin həcmini bir milyon manata çatdırmaqdır. Büdcə gəlirlərinin artması nəticədə ərazidə keçirilən sayını və həcminin artmasına səbəb olur. Bununla yanaşı əhalinin həssas qrupuna göstərdiyimiz maddi və mənəvi dəstəyimizin həcmini artırır.
Sədr qeyd edib ki, cari ilin birinci yarımilində bələdiyyənin
əldə etdiyi vəsaitin həcmi 454.097 manata çatıb. Əldə edilən bu vəsaitin 15.642 manatı fiziki şəxslərdən əmlak
vergisindən, 93.058 manat fiziki şəxslərdən
torpaq vergisindən, 100 manat bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdən mənfəət
vergisindən, 8.339 manatı bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus
olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən
müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti
dayanacağı üçün ödənişlərdən, 180.933 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 10.103 manatı bələdiyyə mülkiyyətinin icarəyə verilməsindən, 4.412 manatı
koordinat arayışlarından daxilolmalardan daxil olub.
Bu gün vətəndaş məmnunluğunun təmin edilməsi üçün bələdiyyənin kollektivi var qüvvəsi ilə çalışır. Məqsədimiz daha yüksək nəticələr əldə etməkdir.
Belediyye.info
Rəylər
0 Rəy