Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-06-2026 , 17:22

121

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Yasamal bələdiyyəsində Türkiyəli həmkarları ilə görüş keçirilib

 Yasamal Bələdiyyəsində Türkiyənin Əskişəhər vilayətinin Odunpazarı   bələdiyyəsinin nümayəndələri ilə əlaqələrin inkişaf etdirilməsi və təcrübə    mübadiləsi məqsədilə  görüş keçirilmişdir.Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov ilk öncə qonaqlara  Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun salamlarını çatdırdı və qeyd etdi ki, bu kimi görüşlər Azərbaycan və qardaş ölkə bələdiyyələri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir. Odunpazarı   bələdiyyəsinin sədri Kazım Kurt Azərbaycan və Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından danışaraq  məmnunluq  ifadə edib.Digər çıxış edənlər Odunpazarı   bələdiyyəsinin üzvləri  İnci Şentuna,Nihad Çuhadar,Salim Alper Kayar,Yasmal bələdiyyəsinin sədr müavini Fuad Mirələmov və Yasamal Rayon İcra Hakimiyyətinin sektor müdiri Samir İsmiyev hər iki ölkədə yerli özünüidarəetmənin təşkili, fəaliyyəti və inkişaf xüsusiyyətlərindən danışdılar.Görüşdə Ulu öndər Heydər Əliyevin ölkəmizin bələdiyyə sisteminin formalaşmasında və inkişafındakı rolu barəsində ətraflı danışılıb , o cümlədən yaxşı təcrübə mübadiləsi aparılıb.

Sonda  Bələdiyyə sədrləri bir-birlərinə  hədiyyələr təqdim edib  və xatirə  şəkilləri çəkdirildi. 

Yasamal bələdiyyəsi 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər