Masallı bələdiyyələri əmlak vergisinin həcmini iki dəfəyədək artıra bilib
Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Masallı rayonunda formalaşan 18 bələdiyyənin büdcə gəliri 1.351.500 manat olub. Bu rəqəm 2024-ci llə müqayisədə 24.2 faiz yüksəkdir.
Əldə
edilən gəlirin 16.5 faizi vergilərdən, 83.5 faizi isə rüsumlardan olub.
Büdcə gəlirinin 5.5 faizi torpaq, 11 faizi əmlak vergisindən daxil olub. Qeyd
edək ki, 2025-ci ildə Masallı bələdiyyələri əmlak vergisinin həcmini iki dəfəyədək
artıra bilib. Belə ki, il ərzində 18 bələdiyyənin əldə etdiyi əmlak vergisinin
həcmi 148.500 manat olub.
Masallı
bələdiyyələrinin büdcə gəlirinin 67.8 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən,
icarəsindən və istifadəyə verilməsindən daxil olub.
Masallı
bələdiyyələri bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən il ərzində 750
min manata yaxın maliyyə vəsaiti əldə ediblər. Bu da ötən illə müqayisədə 5.4
faiz artıq deməkdir. İl ərzində Masallı bələdiyyələrinə 175.000
manat dotasiya ayrılıb. Mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən il
ərzində bələdiyyə büdcəsinə 3400 manat vəsait daxil olub. Bu isə ötən illə
müqayisədə 3.8 dəfə çox deməkdir.
Bələdiyyələr
tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar
ticarətdən, avtodayanacaqlardan, bələdiyyə müəssisələrinin mənfəət vergisindən,
daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən hər hansı
maliyyə vəsaiti daxil olmayıb.
Belediyye.info
Rəylər
0 Rəy