Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-04-2026 , 20:06

104

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Siyəzən rayonunun üç bələdiyyəsi  torpaq vergisinin həcmini 34 faiz artıra bilib

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Siyəzən  rayonunda formalaşan 3 bələdiyyənin büdcə gəliri   265.300 manat olub.  Bu 2024-ci illə müqayisədə 11.2 faiz azalma deməkdir.  2024-cü ildə 11 bələdiyyənin  büdcə gəliri 298.600 manat olub.

Əldə edilən gəlirin 27.8 faizi vergilərdən,72.2  faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 20.4 faizi torpaq, 7.5 faizi əmlak vergisindən daxil olub. Siyəzən rayonunun üç bələdiyyəsi  torpaq vergisinin həcmini 34 faiz artıra bilib.

Siyəzən rayonun 3 bələdiyyəsinin büdcə gəlirinin 59.4 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. Bu isə 157.400 manat deməkdir.

Siyəzən  bələdiyyələri ötən il 54.300 manatlıq torpaq satışı həyata keçiriblər. Bu da ötən illə müqayisədə 39 faiz az deməkdir.  İl ərzində Siyəzənin üç bələdiyyəsinə  32.000 manat dotasiya ayrılıb.

Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarətdən,  avtodayanacaqlardan, daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsindən, mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, bələdiyyə müəssisələrinin mənfəət vergisindən bələdiyyə büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər