Anar İsmayılov: “Sakinlərimizi yaşadıqları ərazilərdə təmizliyə riayət etməyə çağırırıq”
“Sakinlərin müraciəti əsasında Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Mingəçevir bələdiyyəsinin təşkialtçılğı ilə şəhərin Xurşidbanu Natəvan küçəsində abadlıq və təmizlik işləri başa çatdırılıb”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar İsmayılov deyib.
Sədrin
sözləringə görə, aparılan işlər nəticəsində ərazidə toplanmış məişət
tullantıları tam şəkildə ərazidən daşınıb, təhlükə yaradan qazılmış bünövrə
boşluqları torpaqla doldurularaq hamarlanıb, habelə küçənin sanitar vəziyyəti və
estetik görünüşü bərpa edilib.
Sədr
qeyd edib ki, nəticə olaraq ərazi daha səliqəli, təhlükəsiz və yaşayış üçün əlverişli
vəziyyətə gətirilib.
Bizim üçün hər bir vətəndaş müraciəti önəmlidir. Mingəçevir şəhərində təmizliyin qorunması, abadlıq işlərinin genişləndirilməsi və sağlam yaşayış mühitinin formalaşdırılması istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik, o cümlədən sakinlərimizi yaşadıqları ərazilərdə təmizliyə riayət etməyə və şəhərimizin abad saxlanılmasına birgə dəstək verməyə çağırırıq.
Rəylər
0 Rəy