Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-02-2026 , 14:03

49

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Anar İsmayılov: “Sakinlərimizi yaşadıqları ərazilərdə təmizliyə riayət etməyə çağırırıq”


 “Sakinlərin müraciəti əsasında Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşəbbüsü  ilə Mingəçevir bələdiyyəsinin təşkialtçılğı ilə şəhərin Xurşidbanu Natəvan küçəsində abadlıq və təmizlik işləri başa çatdırılıb”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar İsmayılov deyib.

Sədrin sözləringə görə, aparılan işlər nəticəsində ərazidə toplanmış məişət tullantıları tam şəkildə ərazidən daşınıb, təhlükə yaradan qazılmış bünövrə boşluqları torpaqla doldurularaq hamarlanıb, habelə küçənin sanitar vəziyyəti və estetik görünüşü bərpa edilib.

Sədr qeyd edib ki, nəticə olaraq ərazi daha səliqəli, təhlükəsiz və yaşayış üçün əlverişli vəziyyətə gətirilib.

Bizim üçün hər bir vətəndaş müraciəti önəmlidir. Mingəçevir şəhərində təmizliyin qorunması, abadlıq işlərinin genişləndirilməsi və sağlam yaşayış mühitinin formalaşdırılması istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik, o cümlədən sakinlərimizi yaşadıqları ərazilərdə təmizliyə riayət etməyə və şəhərimizin abad saxlanılmasına birgə dəstək verməyə çağırırıq.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər