Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

06-04-2026 , 11:06

64

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Elmi-Praktik Məsələlər
- +

Əgər vətəndaş məmnunluğunu təmin etmək istəyiriksə

BƏLƏDİYYƏLƏRƏ  BU MALİYYƏ İSTİQAMƏTİNDƏN DAXİL OLAN VƏSAİTİN HƏCMİ KƏSKİN ŞƏKİLDƏ AZALIB

Xəbər verdiyimiz kimi, 2025-ci ildə ölkə  bələdiyyələrinin büdcə gəliri 65.609.000 manat olub.  Bu 2024-ci llə müqayisədə 5.2  faiz çox deməkdir. Ötən il formalaşdırılan 685 bələdiyyənin  büdcə gəlirinin 29 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. Bu isə ümumilikdə 19.002.700 manat deməkdir. Bununda 9.272.300 manatı bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, 9.730.600 manatı isə bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən əldə edilib. 

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumatda deyilir ki, bələdiyyə əmlakının icarəsindən və istifadəyə verilməsindən daxil olan ödənişin  həcmi 8.9 faiz artsa da,  bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olan vəsaitin həcmində  ötən illə müqayisdə ciddi şəkildə azalma var. Yəni azalmanın həcmi  32 faiz çatır.  Nəzərə alsaq ki, ötən il bələdiyyə əmlakının tanıtdırılmasında yeniliklərin tətbiqinə start verilib. Demək, bu sahədə müəyyən irəliləyişin olması gözlənilən idi. Lakin rəqəmlər gözləntinin əksinə oldu. 

Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun  təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının və “Bələdiyyələrə onlayn xidmət mərkəzi”nin iştirakı ilə bələdiyyə büdcəsinin artımına yönələn bir sıra ciddi addımların sayəsində bu gün büdcə gəlirlərində əmlak vergisinin həcmi  32 faizə çatıb. Bu qədər ciddi addımlar sayəsində əmlak vergisinin həcmi artsa da, digər maliyyə istiqamətlərindən, xüsusəndə bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən daxil olan vəsaitin həcminin kəskin şəkildə azalması təəssüf dögurur. 

Bələdiyyə mülkiyyətinin tanıtdırılmasındakı bəzi bürokratik amillərin bu günədək qalması,  prosesin icrasının ləng aparılması, vətəndaşlara məxsus sənədsiz əmlakın sənədləşdirilməsinə hələ  də tam şəkildə start verilməməsi, bəzən sənədləşdirilmənin günlərlə deyil, aylarla davam etməsi, üstəlik ƏMDX-nə aid  bəzi tariflərin dəfələrlə artırılması həm bələdiyyələrdə, həm də vətəndaşlarda ciddi narahatlıq yaratmaqdadır. 

Bu günlərdə “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında  Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI bələdiyyə büdcəsinin artımına öz müsbət təsiri göstərəcəyinə əminəm. Lakin deməliyəm ki,  Əmlak Məsələləri Dövlət Xidmətində bələdiyyələrə olan ögey münasibətin mövcudluğu, o cümlədən ƏMDX-də Qiymətləndirmə ilə bağlı bəzi narahatlıq döğuran məsələlərin bu günədək öz həllini tapmaması nəticə də vətəndaşı bələdiyyədən narazı salır. Vətəndaş səs verdiyi orqandan narazı qalırsa, demək sabah dövlət orqanlarında da narazı qalması gözləniləndir. Odur ki, bu məsələni diqqətdə saxlamağın vaxtı çatıb. 

Bununla yanaşı, bələdiyyə büdcəsinin artırılması üçün bir sıra kompleks addımın atılması da indi ki vaxtda yerinə düşmüş olardı. Necə olur ki, ƏMDX bəzi tarifləri son illərdə 3-5 dəfə artırdığı halda bələdiyyələrə aid edilən tariflərin 26 il ərzində dəyişməz qalıb. 

Hər birimiz yaxşı bilirik ki, bələdiyyə büdcəsinə daxil olan vəsait nəticədə vətəndaşın qaldırdığı hansısa problemin həllinə yönəldilir. Əgər vətəndaş məmnunluğunu təmin etmək istəyiriksə demək, bu məsələlərin həllinə də diqqətli olmalı və ən əsası həllinə nail olmalıyıq.

Vüqar Tofiqli


Rəylər

0 Rəy


Rəy yaz