Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-02-2026 , 15:25

98

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Şabran bələdiyyəsi inşa yazı müsabiqəsi keçirib

Şabran bələdiyyəsi tərəfindən məktəblilər arasında şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı inşa yazı müsabiqəsi təşkil edilmişdir. Müsabiqənin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, şəhidlərimizin qəhrəmanlıq yolunun təbliği, onların Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərin gənclər arasında daha dərindən dərk edilməsidir.

Müsabiqədə rayonun müxtəlif məktəblərindən olan şagirdlər fəal iştirak etmiş, şəhidlərimizin həyat və döyüş yoluna, onların Vətənə olan sevgisinə, qəhrəmanlığına həsr olunmuş dərin məzmunlu və təsirli inşa yazıları təqdim etmişlər. Yazılar münsiflər heyəti tərəfindən qiymətləndirilmiş və ən yaxşı işlər seçilmişdir.

Müsabiqənin qalibləri olan  Şabran şəhəri 1 nömrəli ümumi orta ümumtəhsil məktəbi ,Şabran şəhəri Oktay Bəşirov adına 2 nömrəli ümumi orta ümumtəhsil məktəbi,

 Şabran rayonu Dəvəçi kənd tam orta ümumtəhsil məktəblərinin şagirdləri bu gün Şabran Bələdiyyəsi tərəfindən təltif olunmuş, onlara diplom və hədiyyələr təqdim edilmişdir. Təltifetmə mərasimində çıxış edənlər şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, onların göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını vurğulamış, gənclərə Vətənə sevgi, dövlətə sədaqət və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmağın vacibliyini qeyd etmişlər.

Şabran bələdiyyəsi gələcəkdə də gənclərin maarifləndirilməsi, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində bu kimi tədbirlərin davam etdiriləcəyini bildirir.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər