Şabran bələdiyyəsi inşa yazı müsabiqəsi keçirib
Şabran bələdiyyəsi tərəfindən məktəblilər arasında şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər ölməz, Vətən bölünməz” adlı inşa yazı müsabiqəsi təşkil edilmişdir. Müsabiqənin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, şəhidlərimizin qəhrəmanlıq yolunun təbliği, onların Vətən qarşısında göstərdikləri misilsiz xidmətlərin gənclər arasında daha dərindən dərk edilməsidir.
Müsabiqədə
rayonun müxtəlif məktəblərindən olan şagirdlər fəal iştirak etmiş, şəhidlərimizin
həyat və döyüş yoluna, onların Vətənə olan sevgisinə, qəhrəmanlığına həsr
olunmuş dərin məzmunlu və təsirli inşa yazıları təqdim etmişlər. Yazılar
münsiflər heyəti tərəfindən qiymətləndirilmiş və ən yaxşı işlər seçilmişdir.
Müsabiqənin
qalibləri olan Şabran şəhəri 1 nömrəli
ümumi orta ümumtəhsil məktəbi ,Şabran şəhəri Oktay Bəşirov adına 2 nömrəli
ümumi orta ümumtəhsil məktəbi,
Şabran rayonu Dəvəçi kənd tam orta ümumtəhsil
məktəblərinin şagirdləri bu gün Şabran Bələdiyyəsi tərəfindən təltif olunmuş,
onlara diplom və hədiyyələr təqdim edilmişdir. Təltifetmə mərasimində çıxış edənlər
şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, onların göstərdiyi qəhrəmanlığın
heç vaxt unudulmayacağını vurğulamış, gənclərə Vətənə sevgi, dövlətə sədaqət və
milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmağın vacibliyini qeyd etmişlər.
Şabran bələdiyyəsi gələcəkdə də gənclərin maarifləndirilməsi, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində bu kimi tədbirlərin davam etdiriləcəyini bildirir.
Rəylər
0 Rəy