Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-02-2026 , 19:24

396

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bu mühitdə sağlam və ədalətli cəmiyyət qurmaq mümkün deyil

Gender bərabərliyi insan hüquqlarının əsas prinsiplərindən biridir. Bu anlayış kişi və qadınların cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda bərabər hüquq və imkanlara malik olması deməkdir. Gender bərabərliyi cinslərin eyni olması deyil, onların eyni hüquqa, ləyaqətə və dəyərə sahib olması deməkdir. Bərabərliyin təmin olunduğu mühitdə hər kəsin qərarvermədə səsi eşidilir, təhsil və məşğulluq imkanları isə cinsiyyətə görə deyil, bilik və bacarığa görə təqdim olunur.
Gender zorakılığı isə insana yalnız cinsiyyətinə görə yönələn fiziki, psixoloji, cinsi və ya iqtisadi təzyiq formalarıdır. Bu, təkcə fərdi məsələ deyil, cəmiyyətin sosial rifahına və inkişafına mənfi təsir göstərən ciddi problemdir. Zorakılıq olan mühitdə sağlam və ədalətli cəmiyyət qurmaq mümkün deyil.
Bələdiyyələr cəmiyyətə ən yaxın idarəetmə qurumları kimi bu sahədə mühüm rol oynayır. Bələdiyyənin fəaliyyəti yalnız infrastruktur və abadlıq işləri ilə məhdudlaşmır, eyni zamanda təhlükəsiz, ədalətli və inklüziv yaşayış mühiti yaratmağı da əhatə edir.
Boradigah bələdiyyəsi olaraq qadınların yerli layihələrdə və sahibkarlıq fəaliyyətində iştirakını dəstəkləyirik.
Unutmayaq ki, gender bərabərliyinin təmin olunduğu cəmiyyətdə qarşılıqlı hörmət güclənir və zorakılığa yer qalmır. Bu istiqamətdə hər birimizin rolu və məsuliyyəti var.
Tünzalə Qardaşova
Masallı rayonu Boradigah bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər