Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-11-2025 , 21:12

1408

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Saaatlı bələdiyyələri Mikayıl Cabbarova müraciət ediblər: ƏMDX-nin yaratdığı süni problemlərlə bağlı

Saatlı rayonunda formalaşan 10 bələdiyyə sədrinin imzasi ilə İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ünvanlanıb. Müraciət həmçinin Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasına da ünvanlanıb. Müraciətdə deyilir:

“ Biz, Saatlı rayonunun ərazisində fəaliyyət göstərən bələdiyyə sədrləri olaraq Sizə müraciət edərək bildirmək istəyirik ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında  Əmlak Məsələləri Dövlət Xidməti  tərəfindən yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ciddi və bir çox hallarda əsassiz maneələr törədilir.

Belə ki, rayon ərazilərində torpaqların hərraca çıxarılması, bələdiyyə əmlakının özgəninkiləşdirilməsi zamanı mövcud süründürməçilik hallarının geniş vüsət alması, rəyla bağlı,xüsusəndə qiymətləndirmə ilə bağlı müraciətlərə əsasız olaraq ard-arda imtina cavabının verilməsi, həmçinin yerli əhəmiyyətli sosial layihələrin həyata keçirilməsi zamanı Xidmətin uyğun olmayan müdaxilələri səbəbindən bələdiyyələrin təşəbbüsləri reallaşdırıla bilməməsi təəsüf doğurur. ƏMDX yaratdığı bu süni problemlər nəticədə  bölgədə kənd təsərrüfatının inkişafına, sosial rifahın yüksəldilməsinə və əhalinin məşğulluğuna birbaşa mənfi təsir göstərir.

Sizdən xahiş edirik ki, göstərilən məsələlərin aradan qaldırılması, ƏMDX-nin əməkdaşları tərəfindən  bələdiyyələrin səlahiyyətlərinə hörmətlə yanaşmaları və aidiyyəti qurumlara bu istiqamətdə Sizin tərəfinizdən  müvafiq göstərişlərin verilməsini Sizdən xahiş edirik.

Sizin yerli özünüidarəetmə orqanlarına verəcəyiniz bu dəstəyə görə, Sizə əvvəlcədən təşəkkür edirik . Sizə dərin hörmət və ehtiram hissilə Saatlı rayonunda formalaşan bələdiyyələrin sədrləri:

Muraciətə aşağıda adları keçən sədrlər imza atıblar:

Aqil Heydərov (Saatlı Bələdiyyəsinin sədri)

Azər Məhərrəmov (Qara Nuru bələdiyyəsinin sədri)

Samir Ağayev (Dədə Qorqud bələdiyyəsinin sədri)

Etimad Hüseynov (Qıraqlı  bələdiyyəsinin sədri)

Fuad Rəhmanov (Azadkənd bələdiyyəsinin sədri)

Əli Əsgərov (Orta Muğan bələdiyyəsinin sədri)

Dursun Şüküriyev  (Nəsimikənd bələdiyyəsinin sədri)

Ruslan Əliyev (Məmmədabad bələdiyyəsinin sədri)

Vasif Miriyev (Nərimanov bələdiyyəsinin sədri)

Əlixuda Talıbov (Varxan bələdiyysinin  sədri) 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər