Atabala Şeydayev: “Pirəbədil bələdiyyəsi ərazidə vətəndaş məmnunluğunu təmin etmək üçün var qüvvəsi ilə çalışır”
“Pirəbədil bələdiyyəsi bu gün geniş bir ərazini əhatə edi. Hazırda irili-xırdalı 38 kəndi əhatə edən bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin yaşayır. 575 nəfər əhalisi olan Qorğan kəndinə bu günlərdə yağan güclü yağış kəndin yol insfrastrukturuna ciddi problem yaratmışdı”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Atabala Şeydayev deyib.
Son üç gündə bələdiyyənin cəlb etdiyi maşın mexanizmlərin köməyi
ilə məhəllədaxili yollarda hamarlama işləri aparılmış, kəndi digər kəndlərlə
birləşdirən yol işlək vəziyyətə gətirilmişdir.
Pirəbədil bələdiyyəsi ərazidə vətəndaş məmnunluğunu təmin
etmək üçün var qüvvəsi ilə çalışır.
Qeyd edək ki, Pirəbədil bələdiyyəsinin 13 nəfər üzvü və 17 nəfər bələdiyyə qulluqçusu var.
Belediyye.info
Rəylər
0 Rəy