Saaatlı bələdiyyələri Mikayıl Cabbarova müraciət ediblər: ƏMDX-nin yaratdığı süni problemlərlə bağlı
Saatlı rayonunda formalaşan 10 bələdiyyə sədrinin imzasi ilə İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət ünvanlanıb. Müraciət həmçinin Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasına da ünvanlanıb. Müraciətdə deyilir:
“ Biz,
Saatlı rayonunun ərazisində fəaliyyət göstərən bələdiyyə sədrləri olaraq Sizə
müraciət edərək bildirmək istəyirik ki, Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət
Xidməti tərəfindən yerli özünüidarəetmə
orqanlarının fəaliyyətinə ciddi və bir çox hallarda əsassiz maneələr törədilir.
Belə ki, rayon ərazilərində torpaqların hərraca çıxarılması,
bələdiyyə əmlakının özgəninkiləşdirilməsi zamanı mövcud süründürməçilik
hallarının geniş vüsət alması, rəyla bağlı,xüsusəndə qiymətləndirmə ilə bağlı
müraciətlərə əsasız olaraq ard-arda imtina cavabının verilməsi, həmçinin yerli əhəmiyyətli
sosial layihələrin həyata keçirilməsi zamanı Xidmətin uyğun olmayan müdaxilələri
səbəbindən bələdiyyələrin təşəbbüsləri reallaşdırıla bilməməsi təəsüf doğurur.
ƏMDX yaratdığı bu süni problemlər nəticədə
bölgədə kənd təsərrüfatının inkişafına, sosial rifahın yüksəldilməsinə və
əhalinin məşğulluğuna birbaşa mənfi təsir göstərir.
Sizdən xahiş edirik ki, göstərilən məsələlərin aradan
qaldırılması, ƏMDX-nin
əməkdaşları tərəfindən bələdiyyələrin səlahiyyətlərinə
hörmətlə yanaşmaları və aidiyyəti qurumlara bu istiqamətdə Sizin tərəfinizdən müvafiq göstərişlərin verilməsini Sizdən xahiş edirik.
Sizin yerli özünüidarəetmə orqanlarına verəcəyiniz bu dəstəyə
görə, Sizə əvvəlcədən təşəkkür edirik . Sizə dərin hörmət və ehtiram hissilə
Saatlı rayonunda formalaşan bələdiyyələrin sədrləri:”
Muraciətə
aşağıda adları keçən sədrlər imza atıblar:
Aqil
Heydərov (Saatlı Bələdiyyəsinin sədri)
Azər
Məhərrəmov (Qara Nuru bələdiyyəsinin sədri)
Samir
Ağayev (Dədə Qorqud bələdiyyəsinin sədri)
Etimad
Hüseynov (Qıraqlı bələdiyyəsinin sədri)
Fuad
Rəhmanov (Azadkənd bələdiyyəsinin sədri)
Əli
Əsgərov (Orta Muğan bələdiyyəsinin sədri)
Dursun
Şüküriyev (Nəsimikənd bələdiyyəsinin sədri)
Ruslan
Əliyev (Məmmədabad bələdiyyəsinin sədri)
Vasif
Miriyev (Nərimanov bələdiyyəsinin sədri)
Əlixuda
Talıbov (Varxan bələdiyysinin sədri)
Rəylər
0 Rəy