Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-11-2025 , 23:24

1294

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Vahid Mirzəyev: Bələdiyyə bu gün ümidlərini vergi və rüsümlara bağlamamış , dayanıqlı maliyyə mənbələrini yaratmağa çalışır


“Cəlilabad bələdiyyəsi özünün inkişaf mərhələsindədir. Bələdiyyə bu gün ümidlərini vergi və rüsümlara bağlamamış , dayanıqlı maliyyə mənbələrini yaratmağa çalışır. Bu məqsədlə bələdiyyə tərəfindən “OĞUZ 2025” MMC –təsis edilmişdir. "Oğuz 2025" MMC-nin yaranması  Cəlilabad Bələdiyyəsinin iqtisadi təşəbbüsü olmuşdur.” Bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Vahid Novruzov deyib.

Sədrin sözlərinə görə, Cəlilabad Bələdiyyəsinin nəzdində yaradılan “OĞUZ 2025” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müxtəlif fəaliyyət sahələri ilə məşğuldur. Bu qurumun yaradılmasında əsas məqsəd rayonun iqtisadi potensialını artırmaq, yerli istehsalı genişləndirmək və yeni iş yerləri yaratmaqdır. Həmçinin bələdiyyə üçün əlavə potensial iqtisadi mənbə  olmuşdur.

Sədr MMC-nin fəaliyyət sahələri aşağıdakılar olduğunu qeyd edib:

-          Tamet daşı istehsal

-          Təmir və tikinti işləri

-          Abadlıq və yaşıllaşdırma işləri aparmaq, yük daşıma xidmətləri göstərilməsi

-          Məişət tullantı qablarının istehsalıİşıq dirəklərinin istehsalı

-          Beton bort daşlarının istehsalı

Bu məqsədlə bələdiyyə mülkiyyətində olan torpaqlardan 1,70 hektar ərazidə “OĞUZ 2025” MMC-nin texnikaları üçün avtoupark və tamet daşlarının istehsalı üçün sexin inşasına artıq başlanılıb. Müasir standartlara uyğun inşa olunan bu sahə istehsal proseslərinin yerli səviyyədə həyata keçirilməsinə və bələdiyyənin öz resursları ilə infrastruktur layihələrini icra etməsinə şərait yaradacaq.

Sədr qeyd edib ki, müəssisənin texniki bazasına artıq 1 ədəd Qaz 3307 markalı xüsusi təyinatlı Avto Səbət, 1 ədəb  DAF markalı ağır tonlajlı yükü özü boşaldan maşın və  tamet istehsalı üçün  sex alınmışdır. Gələcəkdə müəssisənin istehsal gücünün artırılması, yeni texnologiyaların tətbiqi və yerli əmək bazarına töhfə verən yeni iş yerlərinin açılması nəzərdə tutulur.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər