Ziya Kərimov: “Əsas hədəfimiz əhali tərəfindən vergi borclarının ödənilməsini təmin etməkdir”
“Kürdəmır rayonunun, Karrar qəsəbə bələdiyyəsi 2026-cı ilin birinci yarımilliyində büdcə gəlirinin ümumi həcmi 28.608 manat olub. Əldə etdiyimiz bu rəqəm 2025-ci illə müqayisədə iki dəfə, 2024-cü illə müqayisədə isə 17 dəfəyədək artıq olub”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ziya Kərimov deyib.
Sədr
qeyd edib ki, bunlardan 13.057 manatı torpaq vergisindən, 208 manatı əmlak
vergisindən, 2.667 manatı bələdiyyə
mülkiyyətinin icarəsindən, 12.676 manatı isə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən
daxil olub.
2025-ci
ilin birinci yarımilliyində cəmi 9.614 manat əldə olunub ki, bunlardan 1.944 manatı
torpaq vergisindən, 166 manatı əmlak vergisindən, 7.394 manatı bələdiyyə mülkiyyətinin icarəsindən,
digər xidmətlərdən isə 110 manat daxil
olub.
2024-cü
ilin birinci yarımilliyində isə cəmi 1.525 manat əldə olunub ki, onunda 995
manatı torpaq vergisindən, 530 manatı isə
bələdiyyə mülkiyyətinin icarəsindən daxil olub.
Sədr qeyd
edib ki, ötən dövr ərzində DSMF-yə olan borc kollektivin birgə səyi ilə ödənilmişdir.
Belə ki, 01.01.2025-ci ilədək 8.336 manat, 2026-cı ilin mart ayında 3.944 manat
ödənilmişdir. Aprel ayından artıq DSMF-yə olan borc sıfırlanmışdır.
Sədr
bildirib ki, bələdiyyənin əldə etdiyi maliyyə vəsaiti hesabına inzibati ərazidə bir sıra layihələr
icra edilib. Belə ki, yağış sularının axıdılması məqsədilə 4.330 metr
uzunluğunda arxlar lildən təmizlənmişdir.
Sədr əlavə edib ki, bələdiyyə ərazisində mütəmadi olaraq məişət
tullantıları yığılaraq zibil poliqonuna daşınmasına dəstək verilir. Ötən dövr ərzində Qurban və Novruz
bayramlarında şəhid və qazi ailələrinə, o cümlədən aztəminatlı ailələrə maddi və
mənəvi dəstək göstərilmişdir. Bununla yanaşı kəndarası yolların təmirinə çınqıl
tökülüb, kənd ərazisində aparılan abadlıq
işlərinə bələdiyyə tərəfindən köməklik göstərilmişdir.
Sədr əsas
hədəfin əhali tərəfindən vergi borclarının ödənilməsini təmin etmək olduğunu
qeyd edib. Bunun üçün vergi xidmətinin əməkdaşları sakinlər arasında maarifləndirilməsini daim həyata
keçirir.
Belediyye.info
Rəylər
0 Rəy