Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-08-2026 , 18:02

61

Son xəbərlər

Bütün xəbərlər

Keçmişdən gələcəyə - toplaşaq muzeylərə!

Elmi-Praktik Məsələlər
07-08-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Amaliya Əmənova: “Müəyyən maliyyə çətinliyi ilə, əvvəlki illərdən yığılıb qalmış DSMF borcunun olmasına baxmayaraq…”


“Bələdiyyə olaraq əsas vəzifəmiz xalqa xidmətdən keçməlidir. Məhz bu xidməti layiqincə göstərmək üçün bələdiyyənin azsaylı kollektivi var qüvvəsi ilə çalışır”- bu fikirləri Belediyye.infoya Cəlilabad rayonu, Muğan bələdiyyəsinin sədri Amaliya Əmənova deyib.

Xanım sədr qeyd edib ki, müəyyən maliyyə çətinliyi ilə, habelə əvvəl ki illərdən yığılıb qalmış DSMF borcunun olmasına baxmayaraq, kollektiv həm verğilərin toplanılması, həm borcların bağlanılması, həm də sakinlərin müraciətlərinə baxılmasına çalışır.

Sədr qeyd edib ki, 2025-ci il yanvar seçkilərindən sonra Kazımabad bələdiyyəsi Muğan bələdiyyəsinə birləşdirildiyindən bələdiyyənin əhatə etdiyi kəndlərin sayı bir xeyli artıb. Hazırda bələdiyyənin inzibati ərazisinə Kazımabad, Maşlıq, Muğan və Söyüdlü kəndləri daxildir.

Xanım sədr açıqlamasında daha sonra qeyd edib ki, bələdiyyə iclasının qərarı ilə bələdiyyənin əhatə etdiyi kəndlərdə məhəllədaxili küçələrdə cari təmir işləri davam etdirilməkdədir.

Ardıcıl olaraq həyata keçirilən bu layihənin icrası kənd sakinlərinin ürəyincə olub.  

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər