Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

24-10-2025 , 20:05

1364

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tünzalə Qardaşova:Boradigah bələdiyyəsi olaraq daim vətəndaş rifahının və məmnunluğunun təmin olunmasına çalışırıq

 “Vətəndaş rifahının və məmnunluğunun təmin olunması dövlət siyasəti ilə yanaşı, Bordadigah bələdiyyəsinin də prioritetlərindən biridir”- bu fikirləri Belediyye.infoya Masallı rayonu Boradigah bələdiyyəsinin sədri Tünzalə Qardaşova deyib.

Sədrin sözlərinə görə, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində  bu gün məhz vətəndaş rifahının təminatı prinsipi dayanır və sosial sahədə ildən-ilə geniş miqyas alan islahatlar, rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlar, əldə olunan böyük sosial uğurlar da bunu bir daha təsdiq edir.  Həssas qrupların sosial təminatı və sosial ödənişlərin artırılması, sosial sahədə xidmətlərin vahid mərkəzdən şəffaf, operativ və əlçatan şəkildə təşkili və digər müvafiq fəaliyyət sahələrində ardıcıl və məqsədəuyğun işlər görülüb.

Boradigah bələdiyyəsi olaraq daim vətəndaş rifahının və məmnunluğunun təmin olunmasına çalışırıq. Odur ki, bələdiyyəyə edilən müraciətlərin hər biri ciddi təhlil edilir və icra ilə bağlı bələdiyyə iclasında qərarlar qəbul edilir.

Bu günlərdə bələdiyyəyə edilən vətəndaş müraciətinə əsasən Babaser kəndində su ötürücü kanalların təmizlənməsi işi həyata keçirilmişdir. Görülən işlər ərazidə suyun axınının tənzimlənməsinə və yaxşılaşdırılmasına xidmət edir.

Sədr bu prosesdə əməkdaşlıq və dəstək göstərən qurumlara dərin minnətdarlıq bildirməyi də unutmayıb.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər