Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-05-2025 , 20:12

799

Son xəbərlər

Bütün xəbərlər

Təsadüfün yaratdığı zəruriət...

Gündəlik Xəbərlər
22-06-2025

Gərəkli olmağı bacaran insan  

Gündəlik Xəbərlər
21-06-2025

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Cücələrim” uşaq bağçası-körpələr evində bayram sevinci yaşandı! 

Bu əlamətdar gün münasibətilə “Cücələrim” uşaq bağçası-körpələr evində  təşkil olunan bayram şənliyində balaca fidanlarımız öz istedad və enerjiləri ilə hər kəsin qəlbini fəth etdilər. Şənlikdə rəngarəng çıxışlar, mahnılar və rəqslərlə uşaqlar bayramın sevincini doyunca yaşadılar.

Tədbirdə Şabran Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva və Şabran Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Turan Məmmədova qonaq kimi iştirak etdilər, uşaqlarla birgə bayram sevincini bölüşdülər, onlara xoş arzularını çatdırdılar.

Bu gözəl tədbirin ərsəyə gəlməsində əməyi keçən başda bağçanın müdiri Qönçə xanım olmaqla, bütün müəllim heyətinə, həmçinin təşkilatçılara dərin təşəkkürümüzü bildiririk.

Sizin zəhmətiniz və qayğınız sayəsində uşaqların üzündəki təbəssüm bu gün daha parlaq idi. Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Onlara sevgi, diqqət və qayğı göstərmək hər birimizin borcudur.

 Bütün balaca fidanları təbrik edir, sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq!

Şabran bələdiyyəsi 



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər