Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-05-2026 , 20:12

1804

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

QHT sədri: WUF13 Azərbaycanın “Ağıllı şəhər” modelini dünyaya təqdim etməsi üçün mühüm platformadır


Azərbaycanın təşkilatçılığı ilə Bakıda təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) uğurla davam edir. Qeyd edək ki, şəhərsalma, dayanıqlı inkişaf məsələlərinə həsr olunmuş və dünyanın ən böyük beynəlxalq platformalarından biri olan WUF13-ün Bakıda keçirilməsi dünyanın diqqətini Azərbaycan yönəldib.

 Tədbirin ölkəmiz üçün siyasi, iqtisadi və sosial faydaları barədə danışan “Bakı və Regionların Birgə İnkişafı” Platforması İctimai Birliyinin sədri, Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədr müavini Təbriz Ağayev AZƏRTAC-a bildirib ki, 182 ölkədən 45 mindən çox nümayəndənin qeydiyyatdan keçdiyi, nüfuzlu dünya ölkələrinin nümayəndələrinin iştirak etdiyi mötəbər tədbir bir sıra aspektdən ölkəmiz üçün faydalı olacaq: “Əvvəla, qlobal iqlim dəyişikliyi ilə mübarizə dövründə bu cür nüfuzlu platformalarda müzakirələrin açılması, urbanizasiyanın yaratdığı problemlərin, iqlim dəyişikliyi, ekoloji təhlükəsizlik, “ağıllı şəhər”lər, yaşıl nəqliyyat, sosial bərabərlik kimi aktual məsələlərin qlobal beyin mərkəzlərinin gündəminə gəlməsi yaxşı haldır.

 Forum BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dəstək verir. Həmin platforma üzərindən keçirilən müzakirələrdə dünya ölkələrin hökumət nümayəndələri, şəhərsalma üzrə ekspertlər, ekoloqlar qabaqcıl təcrübələrini bölüşür, dövlətlər, təşkilatlar arasında yeni əməkdaşlıq imkanları yaranır. Xüsusilə diqqətçəkən məqamlardan biri tədbirdə yaşıl enerji, tullantıların, su ehtiyatlarının səmərəli idarə olunması və şəhərsalmada ekoloji düşüncəyə əsaslanan texnologiyaların tətbiqi məsələlərinin diqqətdə saxlanılmasıdır. WUF13 kimi nüfuzlu beynəlxalq tədbirlər şəhərsalma, rəqəmsal texnologiyalar, “ağıllı şəhər” modelləri və müasir infrastruktur layihələri sahəsində Azərbaycanın qazandığı təcrübənin dünyaya tanıdılması baxımından da mühüm fürsətdir. Bu cür qlobal platformalar vasitəsilə Azərbaycan son illərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq, tikinti və yenidənqurma layihələrini dünya ölkələrinə təqdim etmək imkanı qazanır”.

 

Birlik sədri fikrini davam etdirərək deyib: “Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları ölkəmizin müasir şəhərsalma sahəsində formalaşdırdığı yeni inkişaf modelini nümayiş etdirir. Obrazlı desək, Azərbaycan dünyaya yaşıl gələcək çağırışı edir. Ölkəmizdə yaradılan rəqəmsal idarəetmə sistemləri, alternativ enerji mənbələrindən istifadə, ekoloji nəqliyyat infrastrukturu, yaşıl zonaların yaradılması və dayanıqlı tikinti layihələr beynəlxalq mütəxəssislər tərəfindən maraqla qarşılanır. Forumda iştirak edən xarici qonaqlar Azərbaycanın tətbiq etdiyi müasir şəhərsalma modelləri və icra olunan layihələrin sosial və ekoloji üstünlükləri ilə yaxından tanış olurlar. Bu gün Azərbaycan təkcə enerji və geosiyasi baxımdan deyil, həm də innovativ şəhərsalma modelləri və yaşıl yanaşması ilə diqqəti çəkir. Bu cür nüfuzlu platformalar, həmçinin qlobal şirkətlər, şəhərsalma qurumları ilə yeni əməkdaşlıq imkanları açır”.

 Müsahibimiz bildirib ki, tədbirin Bakıda təşkil olunması ölkəmizə olan marağı artırır, Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir: “Azərbaycan 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin 29-cu Konfransını uğurla təşkil edib, bu il də Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edir. Uğurla davam edən tədbir ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını göstərir, ölkənin beynəlxalq əlaqələrinin genişlənməsinə səbəb olur”.

 QHT sədrinin dediyinə görə, WUF13 kimi nüfuzlu beynəlxalq tədbirlər şəhərsalma, rəqəmsal texnologiyalar, “ağıllı şəhər” modelləri və müasir infrastruktur layihələri sahəsində Azərbaycanın qazandığı təcrübənin dünyaya tanıdılması baxımından da əhəmiyyətlidir: “Son illər Bakı, Gəncə, Sumqayıt kimi iri şəhərlərdə, o cümlədən işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda ekoloji texnologiyalara əsaslanan, insanyönümlü modern şəhərsalma layihələri icra olunur. “Ağıllı şəhər”, “ağıllı kənd” modelləri tətbiq edilir, nəqliyyat infrastrukturu yaşıl texnologiyalara əsaslanaraq yenidən qurulur. İri şəhərlərin küçə və meydanları insanyönümlü olaraq təşkil edilir. Bakıda yaşıl nəqliyyata keçid istiqamətində mühüm addımlar atılıb. Bu gün paytaxtımızda 140 kilometrdən çox avtobus zolağı və 80 kilometr uzunluğunda velosiped yolu yaradılıb. Marşrut xətlərinə elektriklə işləyən avtobuslar buraxılıb. Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur. Hazırda paytaxtda ictimai nəqliyyat sisteminin inkişafı istiqamətində geniş işlər aparılır. Bakıda yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur. Həmin layihənin həyata keçirilməsi şəhərdə mobilliyin artırılmasına, nəqliyyat sıxlığının azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına səbəb olacaq”.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026
420

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026
503