Adil Əhmədov: “Nazirlər Kabinetinin 11 mart Qərarı yerli vergilərın artırılması istiqamətində atılan növbəti addımdır”
“Bələdiyyələrin ötən ildəki fəaliyyətinə nəzər yetirsək görərik ki, bu qurumların əldə etdiyi gəlirlərin 52.5 faizi yerli vergilərdən formalaşıb. İlk dəfədir ki, bələdiyyələrin büdcə gəlirlərində yerli vergilərin həcmi əlli faizi keçib. Müqayisə üçün deyək ki, yerli vergilərin ümumi büdcə gəlirlərində tutduğu yerin həcmi 2023-cü ildə 41.6 faiz, 2024-cü ildə isə 43.6 faiz olub. Ötən il isə əldə olunan gəlirlərin 16.4 faizi torpaq, 36.1 faizi isə əmlak vergisindən daxil olub. İlk dəfədir ki, büdcə gəlirlərində əmlak vergisinin həcmi 35 faizi keçib.
Bələdiyyələr
bu uğura BAMS proqramının Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə
inteqrasiyası hesabına imza atması da danılmaz faktdır”- bu fikirləri
Belediyye.infoya “Bələdiyyələrə onlyan xidmət” mərkəzinin direktoru Adil Əhmədov
deyib.
Adil Əhmədov
qeyd edib ki, bu gün bələdiyyələr qarşısında dayanan əsas vəzifə bələdiyyənin
vergi-uçot sisteminin tələb olunan səviyyədə qurulmasına nail olmaqdır. Və nəzərə
alsaq ki, növbəti ildən bildirişlərin onlayn qaydada göndərilməsi artıq
qanunvericilik qaydasında öz təsdiqini tapıb, demək bələdiyyənin üzərinə düşən
məsuliyyət yükü bir qədərdə artır.
Göründüyü
kimi, Adminstrasiyanın bələdiyyələrlə iş sektorunun təşkilatçılığı, ABMA və “Bələdiyyələrə
onlayn xidmət” mərkəzinin iştirakı təkmilləşdirilən BAMS-proqramının ƏMDX məlumat
sisteminə inteqrasiya edilməsi öz bəhrəsini verməkdədir.
Bu ilin
mart ayında isə “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin
sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı isə yerli büdcə gəlirlərinin artmasına
təkan verə biləcək növbəti addım hesab edilə bilər.
BAMS
proqramının 13 dövlət qurumu ilə informasiya mübadiləsinin həyata keçirilməsi nəticədə
yerli büdcə gəlirlərinə də öz töhfəsini verəcəkdir.
Mərkəz
direktoru təsdiq edilən qərarda bələdiyyələrin
diqqətini cəkə biləcək bir məqama toxunub. Direktor Ədliyyə nazirliyi ilə bağlı
məqama toxunaraq bildirib ki, qərarda bununla bağlı bir sıra ciddi məqamların
icrası nəzərdə tutulub.
Qərarın
Ədliyyə naziriliyi ilə bağlı hissəsinin 2.2.2.
bəndində bildirilir ki, “fiziki şəxsin bələdiyyə qarşısında öhdəliklərinə dair
məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu tarix, şəxsiyyət vəsiqəsinin
seriyası və nömrəsi, FİN-i, öhdəliyin həcmi)” ötürülməsi zəruri hesab olunub. Yəni alqı-satqı zamanı vətəndaşın yerli vergi öhdəliyi
varsa, demək onun haqqında əmlakın artıq
yeni sahibinin məlumatı olacaq və bu borcun bütün hallarda yerindəcə ödənişi təmin
olunacaqdır.
Beləliklə,
yaxın aylarda qərarın icrası ilə bağlı inteqrasiya başa çatdıqdan sonra artıq 11 mart
qərarı işlək vəziyyətə gətiriləcək və bələdiyyələrdə bu qərarın faydasını görə
biləcəklər.
Belediyye.info
Rəylər
0 Rəy