Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-03-2024 , 13:54

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz  Tağıyev Baş katiblə görüşüb

Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyevin  qardaş Türkiyə dövlətinə işgüzar səfəri çərçivəsində  Türk Dünyası Bələdiyyələr Birliyininin Baş katibi Fəxri Çolakla görüşü baş tutub. Bu barədə məlumat Nərimanov Bələdiyyəsindən daxil olub. 

Görüşdə Təmraz Tağıyev Türk Dünyası Bələdiyyələr Birliyi idarə heyətinin üvzü olmaqdan məmnun olduğunu bildirərək, iki qardaş ölkənin bələdiyyə sisteminin  inkişaf istiqamətlərindən, habelə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasınında bu proseslərdə fəal şəkildə iştiak etdiyini qeyd edib.

Sədr qeyd edib ki, qardaş Tukiyə bələdiyyələrinin zəngin təcrübəsindən yararlanmağımız qarşılaşdığımız bir çox məsələlərin həllində bizə yardımçı olur. Bu gün Türkiyə bələdiyyələri növbəti imtahan qarşısındadır. 31 mart tarixində bələdiyyələrə növbəti seçkilər günüdür. Təmraz Tağıyev görüşdə  həmçinin AKP təmsilçilərinə uğurlar arzulamışdır.

Fəxri Çolak Türk Dünyası Bələdiyyələr Birliyinin həyata keçirdiyi layihələrdən, həmçinin  “Azərbaycanın hər bir uğuru bizim uğurumuz” olduğunu qeyd edib.

Görüşdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, Nərimanov Bələdiyyəsi olaraq bu prosesə töhfə verməyə hazır olduğu bildirilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər