Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-03-2026 , 23:44

57

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nərimanov rayonunda  möhtəşəm bayram şənliyi keçirilib

Nərimanov rayonu ərazisində yerləşən Nərimanov parkında möhtəşəm bayram şənliyi keçirilib.

Mənəvi irsimizi, milli dəyərlərimizi əks etdirən zəngin ənənələrə malik Novruz bayramı münasibətilə təşkil olunan şənlikdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, rayonun YAP təşkilatının sədri Elçin Quliyev, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, hüquq-mühafizə orqanlarının, həmçinin digər idarə və təşkilatlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon sakinləri iştirak ediblər.

Şənlikdə qədim el adət-ənənələrimiz və Novruz rəmzləri olan səməni, müxtəlif şirniyyat nümunələri ilə bəzədilmiş bayram xonçaları və milli mətbəximizin ləziz təamları göz oxşayıb. Bayramın əsas personajları olan Kosa, Keçəl, Bahar qızı və digər personajlar tədbirə xüsusi zövq qatıb.

İştirakçılar müxtəlif sahələr üzrə öz məharətlərini nümayiş etdiriblər. Konsert proqramı çərcivəsində müxtəlif tamaşalar və oyunlar təşkil olunub. Daha sonra konsert proqramı bayram tonqalının alovlandırılması, gənclərin rəqsələri ilə davam edib.

Nərimanov RİH



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər