Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-03-2026 , 23:37

84

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nizami bələdiyyəsi tərəfindən qazilərə ərzaq bayram sovqatları təqdim olunub

Nizami Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Nizami bələdiyyəsi tərəfindən Müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə qazilərə ümumilikdə 60 ailəyə ərzaq bayram sovqatları təqdim olunub.
Aksiya çərçivəsində qazilərə gündəlik tələbat üçün nəzərdə tutulmuş ərzaq sovqatları çatdırılıb, onların qayğı və ehtiyacları ilə yaxından maraqlanılıb. Görüşlər zamanı qazilərlə səmimi söhbətlər aparılıb, onların Vətən uğrunda göstərdikləri şücaət və xidmətləri yüksək dəyərləndirilib.
Qeyd edilib ki, dövlət tərəfindən qazilərə və şəhid ailələrinə göstərilən diqqət və qayğı sosial siyasətin əsas istiqamətlərindən biridir və bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyır. Bayram günlərində təşkil olunan bu cür aksiyalar həm mənəvi dəstəyin gücləndirilməsinə, həm də cəmiyyətimizdə həmrəylik və birlik ruhunun möhkəmləndirilməsinə xidmət edir.
Qazilər, onlara göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edərək, belə təşəbbüslərin onların hər zaman dövlət qayğısı ilə əhatə olunduğunu bir daha nümayiş etdirdiyini bildiriblər.
Nizami bələdiyyəsi

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər