Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-03-2026 , 01:03

65

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Elvin Yusubov: Muxax kəndinin daxili yollarında  təmir işləri aparılır”


“Sakinlərin müraciətləri əsasında  bələdiyyədə yaradılmış işçi qrupu ərazilərə baxış keçirilmiş və bir sıra küçələrdə cari təmir işlərinin aparılması qərara alınmışdır”- bu fikirləri Belediyye.infoya

Zaqatala rayonu, Muxax bələdiyyəsinin  sədri Elvin Yusubov deyib.

Beləliklə, bələdiyyənin təşkilatçılığı ilə kənddaxili yollara baxış kecirilmiş bayram qabağı bələdiyyə ərazisində  daha çox təmirə ehtiyac olan 17 ara  küçədə təmirə başlanılıb.

Hazırda baxış keçirilmiş yollara qrederlə hamarlama işləri görülür. Ehtiyacı olan yollara  çınqıl tökülərək təmir  işləri aparılmaqdadır. Bayram gününə qədər işlərin yekunlaşdırılması nəzərdə tutulub.

Elvin Yusubovun sözləırinı görə, digər yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

Belediyye.infio


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər