Nuranə Hüseynova: “Bu uğura bələdiyyə rəhbərliyinin ciddi dəstəyi ilə imza atmışıq”
“Zirə bələdiyyəsi əsas diqqəti büdcə gəlirlərini artırmağa yönəldib.Bunun üçün vergi xidmətinin əməkdaşları var qüvvəsi ilə çalışır”- bu fikirləri Xəzər rayonu Zirə bələdiyyəsi Vergi şöbəsinin müdiri Nuranə Hüseynova deyib.
Vergi xidmətinin rəhbəri bildirib ki, bələdiyyə rəhbərliyi vergi-uçot
sistemindəki boşluqları aradan qaldırmaq, debitor borcların yığılması üçün
addımlar atmaq, habelə BAMS proqramının yaratdığı imkanlardan yetərincə istifadə
etməyi qarşımıza bir
əsas vəzifə kimi qoyub. Məhz bu cür addımların sayəsində 2024-cü
ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında büdcə gəlirlərində ciddi
şəkildə artıma nail olmuşuq.
Əgər
2024-cü ildə 1.793 manatlıq əmlak
vergisi, 1.880 manatlıq
torpaq vergisi, ümumi 3.673 manat büdcə gəliri
əldə edilmişdirsə, bu rəqəm 2025-ci ildə
müvafiq olaraq ümumi rəqən 4.340
manat olmaqla, 2.215 manatlıq əmlak və 2.125
manatlıq torpaq vergisi əldə olunub.
Lakin
cari ilin yanvar ayında bələdiyyə rəhbərliyinin ciddi dəstəyi ilə 4.048 manatlıq əmlak, 8.367 torpaq vergisi
olmaqla ümumi olaraq 12.416 manata əldə
edilib.
Göründüyü kimi, 2024- cü illə müqayisədə 2026-cı ildə ay ərzində
artım səviyyəsi əmlak vergisində 125 faiz, torpaq vergisində isə 345 faiz artım
müşahidə olunub. Beləliklə, ümumi artım 238 faiz təşkil edib. Deməliyəm ki, bu
uğura bələdiyyə rəhbərliyinin ciddi dəstəyi ilə imza atmışıq.
“Dekabr ayında təsdiq edilmiş büdcə layihəsinin tələblərinə uyğun olaraq çalışırıq ki, büdcə gəlirlərinin səviyyəsini artıraq”- bu fikirləri də vergi şöbəsinin müdiri Nuranə Hüseynova deyib.
Belediyye.info
Rəylər
0 Rəy