Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-03-2026 , 00:46

65

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İftar süfrısi Şüvəlan bələdiyyəsi tərəfindən təşkil olunub


Şüvəlan bələdiyyəsi tərəfindən təşkil olunan iftar süfrəsində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Soltan Məmmədov, RİH başçısının müavinləri və aparatın əməkdaşları, hüquq-mühafizə, idarə, müəssisə və təşkilat rəhbərləri, Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə əlilləri və iştirakçıları, ağsaqqallar, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İftar süfrəsində şəhidlərin əziz xatirəsi yad edilib, ölkəmizdə əmin-amanlığın və firavanlığın davamlı olması üçün dualar oxunub. Tədbir boyu birlik, həmrəylik və mənəvi dəyərlərin önəmi vurğulanıb. İştirakçılar üçün süfrələr açılıb, səmimi və mehriban mühitdə iftar edilib. Qeyd etmək lazımdır ki, bu cür tədbirlər rayon sakinləri arasında birlik və qarşılıqlı hörmətin möhkəmlənməsinə töhfə verir.

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər