Seymur Həsənov: “Səkkiz ay ərzində büdcə gəlirlərində
55 faizlik artım müşahidə olunub”
“Cari ilin səkkiz ayı ərzində bələdiyyənin
büdcə gəlirlərinin həcmi 503.058 manata
bərabər olub. Əldə olunan vəsaitin 474.654 manatı əmlak vergisindən,19.469
manatı torpaq vergisindən, 8.935 manatı isə mehmanxana, sanatoriya-kurort və
turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlərdən daxil olub. Bu isə
2024- cü illə müqayisədə 55 faizlik artıq deməkdir”-bu fikriləri
Belediyye.infoya Səbail rayonu, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov
deyib.
Sədr bildirib ki, 2024-cü ilin 8 ayında bələdiyyənin əldə etdiyi büdcə gəlirlərinin həcmi 323.630 manat təşkil etmişdi ki, onun da 302.464 manatı əmlak vergisindən, 18.999 manatı torpaq vergisindən, 2.167 manatı isə mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişlərdən daxil olmuşdu. Beləliklə, əmlak vergisi üzrə 56 fazilik artım, torpaq vergisi üzrə 2 faizlik artım, mehmanxana ödənişlərindən isə 3.1 dəfəlik artım müşahidə olunub.
Sədr qeyd edib ki, bələdiyyənin vergi xidmətinin hazrıda əsas diqqəti Bələdiyyələrin Vahid İnformasiya Sistemindəki boşluqarın aradan qaldırılmasına yönəldilib. Bunun üçün vergi ödəyicilərinin məlumat bazası dəqiqləşdirilir. Cari ilin sonunadək artım tempini saxlamaq niyyətindəyik.
Sədr
bildirib ki, cari ilin avqust ayı üzrə bələdiyyənin büdcə daxilolmalarının həcmi
70 min manata yaxın olub.
Sədr inandığını bildirib ki, kollektivin birgə
səyi ilə qarşıya qoyulan hədəfə çatacağıq.
Belediyye.info
Rəylər
0 Rəy