Elşad Vəliyev: “Xətai bələdiyyəsi rayonda aparılan abadlıq-quruculuq işlərinə daim öz töhfəsini verməkdədir”
“Xətai RİH
-in təşənbbüsü ilə Xətai bələdiyyəsi tərəfindən rayon ərazisində abadlıq-quruculuq
işləri ilə bağlı bir sıra layihələr həyata keçirilməkdədir”- bu fikirləri
Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev deyib.
Sədr qeyd
edib ki, hazırda növbəti layihələrin reallaşdırılması istiqamətində
genişmiqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
Rayon ərazisində
olan Heapol küçəsi, Səməd bəy Mehmandarov və General Əliağa Şıxlınski küçələrin
kəsişməsində yerləşən və Şəhidlərin əziz xatirəsinə həsr olunan parkda əsaslı təmir
işləri həyata keçirilməkdədir. Belə ki,
layihə çərçivəsində ərazidəki abidənin əsaslı təmiri həyata keçirilir, səkilərə
tamet daşları düzülür, yaşıllıq zolaqlarına qazon örtüyü salınır. Layihənin
yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək
ki, parkda birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş rayon sakinlərinin əziz
xatirəsinə ucaldılmış abidə yerləşir.
Sədr həmçinin
qeyd edib ki, sağlamlığın və təbiətin mühafizəsi üçün lazım olan ən mühüm amil
təmizliyin qorunmasıdır. Bu məqsədlə layihə çərçivəsində ərazi müxtəlif məişət
tullantılarından təmizlənib, mövcud yaşıllıqlara həmçinin aqrotexniki qulluq göstərilməkdədir.
Sədr qeyd
edib ki, Xətai bələdiyyəsi rayonda aparılan abadlıq-quruculuq işlərinə daim öz
töhfəsini verməkdədir.
Elşad Vəliyev
sonda qeyd edib ki, ərazidə aparılan
abadlıq, quruculuq və yenidənqurma işlərini sakinlər razılıqla qarşılayıblar.
Belediyye.info
Rəylər
0 Rəy