Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-07-2026 , 20:57

99

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mingəçevir bələdiyyəsi 2026-cı ilin I yarımilindəki fəaliyyəti barədə ictimaiyyətə hesabat verdi

Hesabat Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Daha sonra hesabat məruzəsi ilə çıxış edən Mingəçevir bələdiyyəsinin sədri Anar İsmayılov 2026-cı ilin l yarımili ərzində bələdiyyə tərəfindən həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verdi. O bildirdi ki, hesabat dövründə vətəndaş müraciətlərinə operativ baxılması, əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələrin icrası, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür.

Bununla yanaşı, şəhid ailələri, qazilər, aztəminatlı ailələr və digər həssas əhali qruplarına göstərilən sosial dəstək tədbirlərindən bəhs edən sədr, gənclərin, qadınların və könüllülərin iştirakı ilə maarifləndirici, mədəni-kütləvi və idman tədbirlərinin uğurla həyata keçirildiyini vurğuladı.

Anar İsmayılov qeyd etdi ki, hesabat dövründə bələdiyyənin maliyyə vəsaitlərindən səmərəli istifadə olunmuş, yerli büdcə gəlirlərinin artırılması istiqamətində müvafiq tədbirlər görülmüş, şəffaflıq və hesabatlılıq prinsiplərinə xüsusi önəm verilmişdir. O, həmçinin bələdiyyənin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müxtəlif beynəlxalq layihə və proqramlarda fəal iştirakı istiqamətində görülən işlərdən danışdı.

Çıxışının sonunda sədr qarşıdakı dövrdə də şəhərin sosial-iqtisadi inkişafına töhfə verəcək layihələrin həyata keçiriləcəyini, abadlıq və infrastruktur işlərinin davam etdiriləcəyini, vətəndaş məmnunluğunun artırılması, yerli özünüidarəetmənin səmərəliliyinin yüksəldilməsi və ictimai iştirakçılığın daha da gücləndirilməsinin bələdiyyənin əsas fəaliyyət istiqamətləri olaraq qalacağını bildirdi.

Məruzə ətrafında Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Rəsul Paşayev, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, KİV təmsilçisi Fərman Nəbiyev, QHT sədri Çingiz Nəzərov, məhəllə komitələrinin nümayəndələri Etibar Qafarov və Rüstəm Ömərov çıxış edərək hesabatla bağlı fikirlərini bölüşdülər, təklif və tövsiyələrini səsləndirdilər.

Sonda keçirilən səsvermənin nəticəsinə əsasən Mingəçevir bələdiyyəsinin 2026-cı ilin I yarımili üzrə fəaliyyət hesabatı qənaətbəxş hesab edildi.

Mingəçevir bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər