Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-05-2026 , 00:40

82

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyədə "Açıq Qapı" günü keçirilib

“Xəzər rayonu, Buzovna bələdiyyəsinin inzibati binasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin tabeliyində olan Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən səyyar - "Açıq Qapı" günü keçirilmişdir”- bu barədə məlumatı Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov deyib.

Sədr qeyd edib ki, gün ərzində müraciət edən vətəndaşlara sosial, psixoloji problemlərlə bağlı dəstək olunmuş, psixoloji məsləhət verilmişdir. Eyni zamanda sakinlər üçün hüquq məsələləri ilə bağlı hüquqi əlaqələndirmə təşkil olunmuşdur. Azyaşlı uşaqların erkən qiymətləndirilməsinin aparılması üçün Denver-ll testi keçirilmişdir.

İsrafil Hüseynov bildirib ki, "Açıq Qapı" günü çərçivəsində sakinlərin müraciətini dinləmək, onları narahat edən mövzuları müzakirə edib, həlli istiqamətində birgə fəaliyyət göstərmək bizim üçün də ən önəmli prioritet məsələlərdəndir.

Qeyd edək ki, tədbirin təşkilində sədrlə yanaşı sədr müavini Təbriz Ağayev, Buzovna bələdiyyəsinin üzvü - Ailə, uşaq və gender bərabərliyi məsələləri daimi komissiyasının sədri Əfrasiyab Əmirov və bələdiyyə qulluqçusu Kifayət Ağayeva yaxından iştirak ediblər.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər