Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-05-2026 , 16:40

130

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Nigar Məmmədova: “Sakinləri narahat edən məsələlərin həllinə daim bələdiyyə olaraq öz dəstəyimizi göstəririk”

“Bələdiyyə olaraq vətəndaşları narahat edən hər bir məsələnin həllinə öz dəstəyimizi göstəririk”- bu fikirləri Belediyye.infoya Binəqədi rayonu, Xocasən bələdiyyəsinin sədri Nigar Məmmədova deyib.

Sədr qeyd edib ki, bələdiyyənin inzibati ərazisində 23 küçədə mövcud olan yağış ötürücü xətlər və kanalizasiya sistemi köhnəldiyi, həmçinin, artan yükü qarşılaya bilmədiyi üçün intensiv yağışlar zamanı küçələri su basırdı. Bu vəziyyət yolların tamamilə iflic olmasına, piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşmasına səbəb olurdu.                                                                                                                                                                              Ən acınacaqlısı isə odur ki, yağış suları ətrafdakı evlərin zirzəmilərinə, həyətyanı sahələrə dolaraq, sakinlərin mülkiyyətinə ciddi ziyan vurur və antisanitar vəziyyət yaradırdı.

Qeyd olunan problemlərin köklü şəkildə həll edilməsi üçün Binəqədi rayon İcra Hakimiyyətinin yaxından dəstəyi ilə Xocasən bələdiyyəsinin ərazisindəki kanalizasiya sistemindən yağış sularının kənarlaşdırılması üçün müvafiq tədbirlər görülməyə  başlanılmışdır. 

Sədr qeyd edib ki, sakinləri narahat edən məsələlərin həllinə daim bələdiyyə olaraq öz dəstəyimizi göstəririk.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
1338