Nigar Məmmədova: “Sakinləri narahat edən məsələlərin həllinə daim bələdiyyə olaraq öz dəstəyimizi göstəririk”
“Bələdiyyə olaraq vətəndaşları narahat edən hər bir məsələnin həllinə öz dəstəyimizi göstəririk”- bu fikirləri Belediyye.infoya Binəqədi rayonu, Xocasən bələdiyyəsinin sədri Nigar Məmmədova deyib.
Sədr
qeyd edib ki, bələdiyyənin inzibati ərazisində 23 küçədə mövcud olan yağış
ötürücü xətlər və kanalizasiya sistemi köhnəldiyi, həmçinin, artan yükü
qarşılaya bilmədiyi üçün intensiv yağışlar zamanı küçələri su basırdı. Bu vəziyyət
yolların tamamilə iflic olmasına, piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin
məhdudlaşmasına səbəb olurdu. Ən acınacaqlısı isə odur ki, yağış suları ətrafdakı evlərin zirzəmilərinə,
həyətyanı sahələrə dolaraq, sakinlərin mülkiyyətinə ciddi ziyan vurur və
antisanitar vəziyyət yaradırdı.
Qeyd olunan problemlərin köklü şəkildə həll edilməsi üçün
Binəqədi rayon İcra Hakimiyyətinin yaxından dəstəyi ilə Xocasən bələdiyyəsinin ərazisindəki
kanalizasiya sistemindən yağış sularının kənarlaşdırılması üçün müvafiq tədbirlər
görülməyə başlanılmışdır.
Sədr qeyd edib ki, sakinləri narahat edən məsələlərin həllinə daim bələdiyyə olaraq öz dəstəyimizi göstəririk.
Belediyye.info
Rəylər
0 Rəy