Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-03-2026 , 23:22

71

Son xəbərlər

Bütün xəbərlər

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyində 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi 

Qərbi Azərbaycan İcmasının (QAİ) Suraxanı rayon nümayəndəliyində 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib. İlk olaraq Ümummilli Lider Heydər Əliyevin, soyqırım qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinin rəhbəri, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov bildirib ki, 1918-ci ilin mart ayında Azərbaycan xalqı tarixinin ən dəhşətli faciələrindən biri ilə üzləşib: “Ermənilərin uzun illərdir planlaşdırdığı etnik təmizləmə siyasəti bolşeviklərin dəstəyi ilə həyata keçirildi. Azərbaycan tarixinə “31 Mart soyqırımı” kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib. Daşnaq bolşevik işğalçıları Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə azərbaycanlılara qarşı misli görünməmiş qırğınlar törədərək 70 mindən çox günahsız insanı amansızlıqla qətlə yetirib, yaşayış məntəqələrini yandırıb və minlərlə ailəni öz doğma yurdlarından didərgin salıblar. Onlar uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kənd, o cümlədən məscid, dini abidə yerlə-yeksan edilib. Hətta insanları məsciddə ibadət etdikləri yerdə vəhşicəsinə qətlə yetiriblər. Erməni-rus xislətidir ki, onlar Qarabağı işğla etdikdən sonra dini ibadət yerlərimizdə, məscidlərdə donuz saxlayırdılar. Bunların İslam dininə və insanlığa qarşı kəskin nifrəti həmişə özünü büruzə verib. Biz Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu cür faciələrin təkrar baş verməməsi üçün heç vaxt keçmişi və başımıza gətirilən faciələri qətiyyən unutmamalıyıq”.

İxdiyar Nəcəfov onu da qeyd edib ki, 1918-1920-ci illərdə Andranikin quldur dəstələri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin böyük bir hissəsi – təxminən 565 min nəfər – amansızlıqla qətlə yetirildi və ya öz dədə-baba yurdlarından zorla qovuldu: “Bir çox milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscidlər və digər abidələr dağıdıldı. Faşist ideologiyasına xidmət edən erməni şovinistləri Azərbaycan və türk xalqına qarşı hər zaman düşmən mövqedə olublar. Onlar müxtəlif dövrlərdə xalqımıza qarşı kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçiriblər. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir, təkzibolunmaz arxiv sənədləri, soyqırımları təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayı bəzi mənbələrdə 7 min, bəzilərində 8-12 min, hətta 40 min göstərilir. Göründüyü kimi, soyqırımları ilə bağlı həqiqətlər hələ axıradək üzə çıxarılmayıb. İndiki İran ərazisində (Cənubi Azərbaycanda-red) yüz minlərlə insanın qətlə yetirildiyi aşkarlanıb, amma buna heç bir hüquqi qiymət verilməyib. Bunun əksi olaraq isə İran ərazisində “qondarma erməni soyqırmı” abidələri, səhv etmirəmsə 8 abidə ucaldılıb”.

Tədbirdə çıxış edən 44 günlük Vətən müharibəsinin iştirakçısı, deputat köməkçisi Pərvin Mahmudov isə qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinə obyektiv qiymət vermək və ermənilərin havadarlarının dəstəyi ilə iki yüz il ərzində həyata keçirdiyi soyqırımı siyasətinin faciəvi nəticələrini üzə çıxarmaq imkanı yarandı: “Soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmağa başladı. Bu sahədə məqsədyönlü fəaliyyət Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlandı. Ümummilli Lider 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bununla yanaşı, Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Daha sonra tədbirdə 44 günlük Vətən müharibəsinin qazisi, baş leytenant Rafiq Rəhimli, Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinin Bülbülə qəsəbə təşkilatının rəhbəri Mahir Kərimov, Əmircan təşkilatının rəhbəri Orxan Muxtarov, “İrəvan mətbəxi” kitabının həmmüəllifi Oruc Əliyev, ictimai fəal Müşfiq Heydərov və Şaiq Məmişov çıxış edərək erməni vəhşiliyini qətiyyətlə pisləyiblər.Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyində 31 mart Azərbaycanlıların Soyqırımı Günü qeyd edildi – FOTOLAR İxdiyar Nəcəfov: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu cür faciələrin təkrar baş verməməsi üçün heç vaxt keçmişi və başımıza gətirilən faciələri qətiyyən unutmamalıyıq” Qərbi Azərbaycan İcmasının (QAİ) Suraxanı rayon nümayəndəliyində 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tədbir keçirilib. İlk olaraq Ümummilli Lider Heydər Əliyevin, soyqırım qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinin rəhbəri, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov bildirib ki, 1918-ci ilin mart ayında Azərbaycan xalqı tarixinin ən dəhşətli faciələrindən biri ilə üzləşib: “Ermənilərin uzun illərdir planlaşdırdığı etnik təmizləmə siyasəti bolşeviklərin dəstəyi ilə həyata keçirildi. Azərbaycan tarixinə “31 Mart soyqırımı” kimi yazılan həmin hadisələr zamanı on minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilib. Daşnaq bolşevik işğalçıları Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə azərbaycanlılara qarşı misli görünməmiş qırğınlar törədərək 70 mindən çox günahsız insanı amansızlıqla qətlə yetirib, yaşayış məntəqələrini yandırıb və minlərlə ailəni öz doğma yurdlarından didərgin salıblar. Onlar uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kənd, o cümlədən məscid, dini abidə yerlə-yeksan edilib. Hətta insanları məsciddə ibadət etdikləri yerdə vəhşicəsinə qətlə yetiriblər. Erməni-rus xislətidir ki, onlar Qarabağı işğla etdikdən sonra dini ibadət yerlərimizdə, məscidlərdə donuz saxlayırdılar. Bunların İslam dininə və insanlığa qarşı kəskin nifrəti həmişə özünü büruzə verib. Biz Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bu cür faciələrin təkrar baş verməməsi üçün heç vaxt keçmişi və başımıza gətirilən faciələri qətiyyən unutmamalıyıq”. İxdiyar Nəcəfov onu da qeyd edib ki, 1918-1920-ci illərdə Andranikin quldur dəstələri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin böyük bir hissəsi – təxminən 565 min nəfər – amansızlıqla qətlə yetirildi və ya öz dədə-baba yurdlarından zorla qovuldu: “Bir çox milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscidlər və digər abidələr dağıdıldı. Faşist ideologiyasına xidmət edən erməni şovinistləri Azərbaycan və türk xalqına qarşı hər zaman düşmən mövqedə olublar. Onlar müxtəlif dövrlərdə xalqımıza qarşı kütləvi qətliamlar törədib, soyqırımı aktları həyata keçiriblər. Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpərdən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir, təkzibolunmaz arxiv sənədləri, soyqırımları təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Məsələn, Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayı bəzi mənbələrdə 7 min, bəzilərində 8-12 min, hətta 40 min göstərilir. Göründüyü kimi, soyqırımları ilə bağlı həqiqətlər hələ axıradək üzə çıxarılmayıb. İndiki İran ərazisində (Cənubi Azərbaycanda-red) yüz minlərlə insanın qətlə yetirildiyi aşkarlanıb, amma buna heç bir hüquqi qiymət verilməyib. Bunun əksi olaraq isə İran ərazisində “qondarma erməni soyqırmı” abidələri, səhv etmirəmsə 8 abidə ucaldılıb”. Tədbirdə çıxış edən 44 günlük Vətən müharibəsinin iştirakçısı, deputat köməkçisi Pərvin Mahmudov isə qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinə obyektiv qiymət vermək və ermənilərin havadarlarının dəstəyi ilə iki yüz il ərzində həyata keçirdiyi soyqırımı siyasətinin faciəvi nəticələrini üzə çıxarmaq imkanı yarandı: “Soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmağa başladı. Bu sahədə məqsədyönlü fəaliyyət Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlandı. Ümummilli Lider 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bununla yanaşı, Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanı da Ermənistan SSR ərazisindən azərbaycanlıların deportasiyasının hərtərəfli tədqiq edilməsi, bu cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”. Daha sonra tədbirdə 44 günlük Vətən müharibəsinin qazisi, baş leytenant Rafiq Rəhimli, Qərbi Azərbaycan İcmasının Suraxanı rayon nümayəndəliyinin Bülbülə qəsəbə təşkilatının rəhbəri Mahir Kərimov, Əmircan təşkilatının rəhbəri Orxan Muxtarov, “İrəvan mətbəxi” kitabının həmmüəllifi Oruc Əliyev, ictimai fəal Müşfiq Heydərov və Şaiq Məmişov çıxış edərək erməni vəhşiliyini qətiyyətlə pisləyiblər.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər