Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-05-2026 , 17:51

88

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Rövşən Lətifov: “Hədəfimiz daha böyük uğurlara imza atmaqdır”

“Bu gün bələdiyyənin vergi xidməti büdcə gəlirlərini artırmaq üçün BAMS proqramının verdiyi bütün imkanlardan yararlanmağa çalışır. Məhz bu fəaliyyətin nəticəsidir ki, 2024-cü ilin birinci rübü ilə müqayisədə büdcə gəlirlərində 89 faizlik artım müşahidə olunub”- bu fikirləri Belediyye.infoya Lənkəran bələdiyyəsinin sədri  Röşvən Lətifov deyib.

Sədr qeyd edib ki, yerli vergilərin yığımında ümumi olaraq 15 faizlik artım müşahidə olunsa da, əmlak vergisində bu rəqəm 33 faizə bərabərdir.  Belə ki, ümumi olaraq 2024-cü ilin birinci rübündə 14.328 manatlıq vergi yığılmışdısa, bu rəqəm cari ildə 16.393 manat olub. Ən çox artım isə əmlak vergisinin yığımında olub. Belə ki, bu istiqamətdə 34 faizlik artım olub.

Ötən dövrdə ki, əldə olunan gəlirlərin istiqamətlərinə toxunan sədr qeyd edib ki,  2024- cü ilin birinci rübü ərzində ümumi olaraq əldə olunan  17.920 manat vəsaitin, 4.288 torpaq vergisindən, 10.040 manatı əmlak vergisindən,   1.004 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 2.586 manatı isə  digər istiqamətlərdən daxil olub.

2025- cü ilin birinci rübü ərzində ümumi olaraq əldə olunan 14.009 manat vəsaitin, 2.312 torpaq vergisindən, 8.216 manatı əmlak vergisindən, 3.481 manatı isə  digər istiqamətlərdən daxil olub.

2026- cü ilin birinci rübü ərzində ümumi olaraq əldə olunan 33.884 manat vəsaitin, 3.009 torpaq vergisindən, 13.384 manatı əmlak vergisindən, 17.072 manatı bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, 409 manatı isə  digər istiqamətlərdən daxil olub.

Sədr qeyd edib ki, hədəfimiz daha böyük uğurlara imza atmaqdır. Odur ki, bələdiyyənin vergi xidmətinin əməkdaşları BAMS proqramında olan boşluq və çatışmazlıqları, habelə mövcud təkrar qeydiyyata alınan ödəyicilərin siyahısını dəqiqləşdirməklə yanaşı, onların hər biri haqqında olan məlumat bazasını da yeniləyir. Belə ki, növbəti ildən bildirişlərin onlayn qaydada paylanılmasına  hazırda ciddi şəkildə hazırlıq gedir.

Büdcə gəlirlərimizi artırmaqla biz həm də bələdiyyəyə müraciət edən vətəndaşların da üzləşdiyi problemlərin həllini də sürətləndirə bilərik, bununla da həmçinin şəhər ərazisində vətəndaş məmnunluğunu təmin etmiş oluruq. 

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İnanıram ki,...

Region
09-05-2026
836