Atabala Şeydayev: “Bu əsasən təcrübəsizliklə bağlı ola bilər”
“Bəzən bələdiyyələr MMC yaratmağa meylli görünmür. Bu əsasən təcrübəsizliklə bağlı ola bilər. Bununla yanaşı bir çox hallarda bu addımın atılması bələdiyyədən müəyyən məsuliyyət tələb etdiyindən MMC yaratmaq istəmirlər”- bu fikirləri Şabran rayonu, Pirəbədil bələdiyyəsinin sədri Atabala Şeydayev deyib.
Sədr qeyd edib ki, bu gün bələdiyyə tərəfindən irəli sürülən layihələrin hər biri bələdiyyənin təsis etdiyi “Uğur Pirəbədil” MMC
tərəfindən icra olunur. Texniki təminatı üçün bələdiyyə yanvar ayı ərzində əldə
etdiyi maliyyə vəsaiti ilə çoxfunksiyalı “DT-75” traktoru alaraq MMC-nin
balansına verib. Bu gün bələdiyyənin əsas məqsədi müəssisəni inkişaf etdirməklə
yerli büdcəyə dayanıqlı və sabit maliyyə vəsaitinin daxil olmasına şərait
yaratmaqdır.
Sədr qeyd edib ki, Pirəbədil bələdiyyəsinin 13 nəfər
üzvü və 17 nəfər bələdiyyə qulluqçusu var. İrili-xırdalı 38 kəndi əfatə
edən bələdiyyənin ərazisində 10 min nəfərdən artıq sakin yaşayır.
Belediyye.info
Rəylər
0 Rəy