Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-12-2025 , 21:57

568

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov:  ”Bələdiyyə iclaslarında hər bir bələdiyyə üzvünün təklif və tövsiyəsi yekun büdcə layihəsində nəzərə alınıb”

“BAMS-dan aktiv istifadəsi nəticəsində  bələdiyyənin büdcə gəlirlərində artım müşahidə edilməkdədir. Sözsüz ki, bu artımın kökündə həm də  BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin elektron sisteminə inteqrasiya edilməsi nəticəsində çıxarışların rahatlıqla əldə edilməsi dayanır”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.

Sədrin sözlərinə görə, vergi və yerli ödənişin məbləğində ötən illin müvafiq dövrü ilə müqayisədə 35 faizlik artım var. Cari ilin sonuncu ayında da bələdiyyənin vergi xidməti var qüvvəsi ilə çalışaraq qarşıya qoyduğumuz hədəfə çatmaq üçün bütün gücünü səfərbər etməkdədir.

Vergi müfəttişləri  mütəmadi olaraq sakinlərlə görüşlər keçirir, izahat işləri aparır, yaranan suallara aydınlıq gətirirlər. Bununla yanaşı sakinlərə bir daha izah edilir ki,  vergilərin ödənişinin ləngiməsi verginin ümumi məbləğinə əlavə olaraq  borc hesablanmasına səbəb ola bilər.

Sədr  daha sonra bildirib ki, artıq bələdiyyə iclasında bələdiyyənin  növbəti il üçün büdcəsi ciddi şəkildə müzakirə edilərək bu günlərdə təsdiq ediləcəkdir. Sədr deyib ki, bələdiyyənin növbəti il üçün büdcəsinin sosial yönümlü olması qərara alınıb.  Bələdiyyə iclaslarında hər bir bələdiyyə üzvünün təklif və tövsiyəsi yekun büdcə layihəsində nəzərə alınıb.

Xatırladaq ki, müvafiq qanunvericiliyin tələblərinə görə, növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.

Bununla yanaşı növbəti il üçün büdcə layihəsində həm də qədim tarixə sahib olan Buzovna qəsəbəsinidəki maddi-mədəni irsin öyrənilməsi və təbliği də nəzərdə tutulub.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər