İsrafil Hüseynov: ”Bələdiyyə iclaslarında hər bir bələdiyyə üzvünün təklif və tövsiyəsi yekun büdcə layihəsində nəzərə alınıb”
“BAMS-dan aktiv istifadəsi nəticəsində bələdiyyənin büdcə gəlirlərində artım müşahidə edilməkdədir. Sözsüz ki, bu artımın kökündə həm də BAMS-ın Əmlak Məsələləri Dövlət Xidmətinin elektron sisteminə inteqrasiya edilməsi nəticəsində çıxarışların rahatlıqla əldə edilməsi dayanır”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.
Sədrin sözlərinə görə, vergi və yerli ödənişin məbləğində ötən illin müvafiq dövrü ilə müqayisədə 35 faizlik artım var. Cari ilin sonuncu ayında da bələdiyyənin vergi xidməti var qüvvəsi ilə çalışaraq qarşıya qoyduğumuz hədəfə çatmaq üçün bütün gücünü səfərbər etməkdədir.
Vergi müfəttişləri
mütəmadi olaraq sakinlərlə görüşlər keçirir, izahat işləri aparır,
yaranan suallara aydınlıq gətirirlər. Bununla yanaşı sakinlərə bir daha izah
edilir ki, vergilərin ödənişinin ləngiməsi
verginin ümumi məbləğinə əlavə olaraq
borc hesablanmasına səbəb ola bilər.
Sədr daha sonra bildirib ki, artıq bələdiyyə iclasında bələdiyyənin növbəti il üçün büdcəsi ciddi şəkildə müzakirə edilərək bu günlərdə təsdiq ediləcəkdir. Sədr deyib ki, bələdiyyənin növbəti il üçün büdcəsinin sosial yönümlü olması qərara alınıb. Bələdiyyə iclaslarında hər bir bələdiyyə üzvünün təklif və tövsiyəsi yekun büdcə layihəsində nəzərə alınıb.
Xatırladaq
ki, müvafiq qanunvericiliyin tələblərinə görə, növbəti büdcə ili üzrə yerli
büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec
olmayaraq təsdiq edilir.
Bununla yanaşı növbəti il üçün büdcə layihəsində həm də qədim tarixə sahib olan Buzovna qəsəbəsinidəki maddi-mədəni irsin öyrənilməsi və təbliği də nəzərdə tutulub.
Belediyye.info
Rəylər
0 Rəy