Balaxanı bələdiyyəsi daha bir sosial layihəyə imza atıb
“Bu gün Sabunçu rayonu Balaxanı bələdiyyəsi tərəfindən yeni dərs ilinə hazırlıq çərçivəsində aztəminatlı ailələrin övladlarına məktəbli ləvazimatları və çantaları təqdim olunub”- bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.
Məlumata
görə, bu gün bələdiyyənin inzibati binasında keçirilən görüşdə qəsəbədəki 8 aztəminatlı
ailənin 16 məktəbyaşlı uşağına bələdiyyə tərəfindən alınan çanta və ləvazimatlar
təqdim edilib.
Qeyd
edək ki, bu uşaqlar qəsəbənin 69, 259 və 4 nömrəli məktəbinin şagirdləridir.
Məlumatda
daha sonra qeyd edilir ki, bələdiyyə olaraq gələcəkdə də maliyyə imkanları çərçivəsində bu tipli sosial layihələr davam etdiriləcək.
Belediyye.info
Rəylər
0 Rəy