Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-05-2026 , 00:46

49

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Həsənov: “Arxiv işinin təşkili həm də bələdiyyə sahəsində əvvəllər mövcud olmuş neqativ halların qarşısını almış olur”

“Bələdiyyələr tərəfindən arxiv işinin düzgün təşkil olunması hər bir bələdiyyənin fəaliyyət istiqamətlərdəndir. Badamdar bələdiyyəsi olaraq bu prosesin təşkilinə artıq başlanılıb. Bununla bağlı artıq bələdiyyədə komissiya sədrinin rəhbərliyi ilə işçi qrupu yaradılıb. May ayından başlayaraq proses sürətli şəkildə davam etdirilir” – bu fikirləri Səbail rayonu, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov deyib. 

Sədr qeyd edib ki, sənədlərlə iş yerli özünüidarəetmə orqanları aparatlarının işçiləri tərəfindən yerinə yetirilən prosesdir. Bələdiyyə qulluğunun məqsədlərinin onun nəticələrinə uyğunluğu, səmərəliliyi və digər cəhətləri müvafiq orqanlarda hazırlanan sənədlərin keyfiyyətindən əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də yerli özünüidarəetmə orqanlarının işçiləri keyfiyyətli idarəetmə sənədlərini tərtib etmək bacarıq və vərdişlərinə malik olmalıdırlar.  Sədr qeyd edib ki, hazırda bununla bağlı bələdiyyədə xüsusi mühafizə olunan otaq düzəldilib. 

Yüksək  səviyyədə təmir olunan otaqda arxiv sənədlərinin saxlanılması üçün şərait yaradılıb. Bununla yanaşı bələdiyyənin birinci mərtəbəsində əsaslı təmir işləri aparılmış, bələdiyyənin sanitar qovşağı da ən müasir tələblər səviyyəsində təmir edilərək kollektivin istifadəsinə verilib. 

Sədr bildirib ki, arxiv işinin təşkili həm də bələdiyyə sahəsində əvvəllər mövcud olmuş neqativ halların qarşısını almış olur. İşçi qrupu bələdiyyədə sənədləri təhlil etdikdən sonra onun müəyyən bir hissəsini qanunvericiliyin tələblərinə uyğun olaraq Dövlət Arxivinə verilməsi qərara alınıb. Bu gün kollektivin əsas fəaliyyəti bələdiyyədə mövcud olmuş neqativ halların təkrarlanmaması üçün var qüvvəsi ilə çalışır. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər