Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-08-2025 , 22:09

1715

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Balaxanı bələdiyyəsi daha bir sosial layihəyə imza atıb

“Bu gün Sabunçu rayonu Balaxanı bələdiyyəsi tərəfindən yeni dərs ilinə hazırlıq çərçivəsində aztəminatlı ailələrin övladlarına məktəbli ləvazimatları və  çantaları təqdim olunub”- bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Məlumata görə, bu gün bələdiyyənin inzibati binasında keçirilən görüşdə qəsəbədəki 8 aztəminatlı ailənin 16 məktəbyaşlı uşağına bələdiyyə tərəfindən alınan çanta və ləvazimatlar təqdim edilib.

Qeyd edək ki, bu uşaqlar qəsəbənin 69, 259 və 4 nömrəli məktəbinin şagirdləridir.

Məlumatda daha sonra qeyd edilir ki, bələdiyyə olaraq gələcəkdə də maliyyə imkanları çərçivəsində  bu tipli sosial layihələr  davam etdiriləcək.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər