Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-08-2025 , 20:27

2218

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bəylər Həsənov: “Bu gün hədəfimiz bəllidir”

“Bələdiyyənin kollektivi bir nöqtəni vurmasa, bələdiyyə qulluqçularının hər biri bələdiyyənin inkişafına öz dəstəyini göstərməsə, töhfəsini verməsə  bu qurumdan hər hansı bir inkişafın gözlənilməsi  daim sual altında olacaq”- bu fikirləri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin sədri Bəylər Həsənov bildirib.

Sədr qeyd edib ki, Binəqədi qəsəbə bələdiyyəsinin əvvəlki illərdə formalaşmış kollektivində bacarıqlı, işgüzar bələdiyyə qulluqçuları olsa da, bir neçə nəfər qulluqçunun xoşagəlməz addımı həm bələdiyyənin büdcə gəlirlərinin aşağı olmasına, həm də qəsəbədə bələdiyyənin çəki və nüfuzuna öz mənfi təsirini göstərmişdir.

Bəylər Həsənov bildirib ki, ilk gündən bələdiyyədə aparılan təhlillər göstərib ki, ötən illər ərzində bələdiyyənin aylıq büdcə gəliri 12-18 min manat olmuş, maksimum bu rəqəm bir neçə dəfə 20 mini keçmişdi. Üstəlik, icra şöbəsi ilə əlaqələrin yarıtmaz səviyyədə qurulması, bələdiyyənin vergi-uçot sisteminin vaxtında tələb olunan səviyyədə qurulmaması nəticədə cari ilin əvvəlində bələdiyyənin  həm DSMF-yə, həm də əməkhaqqına kifayət qədər borcunun yaranmasına səbəb olmuşdu.

Kollektivin birgə səyi ilə, son aylar ərzində bələdiyyənin möcvud olmuş DSMF və əməkhaqqı borcunun bağlanılmasına nail olunub. Belə ki, altı ay ərzində bələdiyyənin mövcud olmuş  40 min manatlıq DSMF borcu və  bir o qədər də əməkhaqqı borcu kollektivdə yaradılan nizam-intizamın sayəsində  bağlamaq mümkün olub. Son üç ay ərzində aylıq büdcə daxilolmalarının həcmini isə   artıq  aylıq 17 min manatdan 30 min manata çatdıra bilmişik. 

Bu gün hədəfimiz bəllidir. Yəni,  əsas fikrimiz aylıq vergi yığımının həcmini 40 min manata çatdırmaqdır.  Hazırda  bələdiyyənin vergi-uçot sistemi yenidən işlənilməkdədir. Bununla yanaşı BAMS-ın yaratdığı imkandan yüksək səviyyədə istifadə etməklə bu hədəfə çatmaq niyyətindəyik.  

Bələdiyyənin bu gün üzləşdiyi əsas problem ərazidə  kifayət qədər sənədsiz əmlakın mövcud olmasıdır.  Təsəvvür edin ki,  bu gün Binəqədi qəsəbəsində olan əmlakın yalnız 2000-ə yaxın hissəsinin çıxarışı var.  Bu isə ümumi rəqəmin heç on faizini təşkil etmir.  Bu problemin həlli nəticə etibari ilə bələdiyyənin büdcə gəlirlərinin artmasına da öz müsbət təsirini göstərəcəkdir.

Qeyd etməliyəm ki,  bu gün həm də  bələdiyyənin inzibati binasında görüləcək işlərimiz var. Bununla yanaşı  həyata  keçirəcəyimiz layihələrlə bələdiyyənin əvvəl ki, illərdə formalaşmış mənfi imicini aradan qaldırmaq niyyətindəyik. Və inanıram ki, buna nail olacağıq.

Seçicilərin, Binəqədi RİH-in  və  Bələdiyyələrlə iş Baş idarəsinin hər zaman dəstəyini hiss edir və inanırıq ki, qarşımıza qoyduğumuz məqsədlərə kollektivin birgə səyi ilə çatacağıq.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər