Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-02-2026 , 11:39

780

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elvin Yusubov: “Bu problemlər öz həllini tapmış olsa bələdiyyənin büdcə gəlirləri daha çox ola bilərdi”

“Muxax bələdiyyəsi bu gün əsas diqqəti əmlak və torpaq vergisinin yığımına yönəldib“- bu fikriləri adıçəkilən bələdiyyənin sədri Elvin Yusufov deyib.

Sədrin sözlərinə görə, məhz bu diqqətin nəticəsidir ki, son üç il ərzində yerli vergilərin həcmi dörd dəfəyədək artıb. Bunlardan əmlak vergisinin həcmi 6.7 dəfə, torpaq vergisinin həcmində isə  2.6 dəfə artım müşahidə olunub. 2024 -cü ilin yanvar ayı ilə müqayisədə  ümumi büdcə gəlirlərində də cari ilin yanvar ayında yüz faizlik artım əldə olunub.   Ərazidə sənədsiz əmlakın mövcudluğu, həmçinin bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindəki yaranan süni problemlər aradan qalxmış olsa bələdiyyənin büdcə gəlirləri daha çox ola bilərdi.  Bu gün bələdiyyənin qarşısında dayanan ən vacib məsələ vətəndaşın bələdiyyədən razı getməsinə nail olmaqdır. Odur ki, ilk növbədə büdcə gəlrilərinin artmasını, o cümlədən debitor borcların  yığılmasını diqqət mərkəzində saxlayırıq.

Sədr diqqəti bəzi rəqəmlərə də çəkdi:

2024-ci il üzrə  əmlak vergisi 377 manat, torpaq vergisi   1154 manat, bələdiyyə mülkiyyətinin icrasi 1439 manat, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi 80 manat, stasionar ticarət  və digər istiqamətlərdən  1.137 manat cəmi 4187 manat əldə olunub

2025-ci il üzrə  əmlak vergisi 728  manat, torpaq vergisi  966  manat, bələdiyyə mülkiyyətinin icrasi 110 manat, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi 0 manat, stasionar ticarət  və digər istiqamətlərdən  1.834 manat cəmi 3638 manat əldə olunub

2026-ci il üzrə  əmlak vergisi 2971  manat, torpaq vergisi  4257  manat, bələdiyyə mülkiyyətinin icrasi 545 manat, bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi 0 manat, stasionar ticarət  və digər istiqamətlərdən  715  manat cəmi 8488  manat əldə olunub.

Bu gün bələdiyyənin vergi xidməti BAMS-ın verdiyi imkandan yararlanaraq büdcə gəlirlərinin artırlamsı üçün ciddi işlər aparmaqddır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər