Nərimanov bələdiyyəsində şəhid ailələrinin üzvləri ilə görüş keçirilib
Sədr görüşdə bildirib ki, hər zaman olduğu kimi Nərimanov bələdiyyəsi bu proseslərdə daim aktiv şəkildə iştirak edir və
bunu özünə borc bilir.
Sədr bildirib ki, bu günədək beş nəfər şəhid ailəsinin üzvü Nərimanov bələdiyyəsində işlə təmin edilmiş,
31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla
yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.
Görüşdə həmçinin sədr bu gün ad günü
olan şəhid ailəsinin üzvlərini təbrik edərək onların ailəsi ilə qürür hissi
keçirdiklərini qeyd edib. Əlavə edək ki, ki bu gün Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyevin həyat yoldaşı Nazilə Nurdiəliyevanın və qəhrəmanın oğlu Ömər
Nudirəliyevin və şəhid Ələddin Səidovun atası Azər Səidovun
ad günlərini qeyd edirlər. Onların hər üçü həm də bələdiyyə qulluqçularıdır.
Sədr Təmraz Tağıyev onları təbrik edərək öz ürək sözlərini deyib.
Görüşdə çıxış edən şəhid ailəsinin üzvləri Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə və qazilərə göstərilən
diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək Vətən müharibəsindəki Qələbənin Müzəffər
Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, xalqımızın
igid oğullarının qəhrəmanlıqları nəticəsində qazanıldığını söyləyiblər.
Sonda
Təmraz Tağıyev Nərimanov bələdiyyəsi tərəfindən bundan sonra da hər daim şəhid və qazi ailələrinin
müraciətlərinin müsbət qarşılanaraq operatv şəkildə öz həllini tapacağını
xüsusi ilə vurğulayıb.
Belediyye.info
Rəylər
0 Rəy