Bələdiyyə seçkili orqan olaraq çalışır ki,...BƏLƏDİYYƏ SƏDRİ HESABAT VERİR
Bu gün Azərbaycan Respublikası, xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətli, prinsipiallıqla davam etdirir. Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Zabrat bələdiyyəsi olaraq ölkədə həyata keçirilən sistemli sosial-iqtisadi inkşafa öz töhfəmizi verməyə çalışmış və vətəndaş məmnunluğunu əldə rəhbər tutaraq hər zaman seçicilərin problemlərini dinləməyə, onların qayğıları ilə maraqlanmağa, yaşlı, tənha, Şəhid ailələri və s. təbəqədə olan sakinlərimizin yanında olmağımızı hiss etdirməyə çalışmışıq.
Hesabat dövrünün əvvəlində bələdiyyənin iş planı təsdiq edilmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti, abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.
Zabrat bələdiyyəsi tərəfindən 39 ümumi iclas keçirilərək 172 qərar qəbul edilmişdir. “Bələdiyyə fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0.və 6.8-ci maddəsinə uyğun olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinə göndərilmişdir.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirilib. Real gəlir mənbələri müəyyənləşib və onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Bələdiyyə büdcəsinə daxilolmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanmışdır.
Vergi və rüsumların yığılması zamanı əhali arasında mövcud qanunvericiliklə bağlı maarifləndirmə işləri aparılmış, yığılan vergilər haqqında mütəmadi təhlillər aparılmışdır.
Vergilərin ödənilməsindən yayınanlara qarşı 179 xəbərdarlıq edilməklə Qanunvericiliyə uyğun İcra Şöbələrinə 76-dan artıq şəxs barəsində müraciət olunmuşdur. Nəticədə bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin olunmuşdur. Həmçinin “Softline Azərbaycan” MMC-ilə bağlanmış müqavilə əsasında vergi ödəyicilərinə göndərilən SMS bildirişlər vergi daxilolmalarına müsbət təsirini göstərmişdir.
Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə daxil olaraq, aidiyyati təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
Hazırda bələdiyyənin vergi bazasını ərazidə yerləşən 6128 həyət evləri və 190 təsərrüfat subyektləri təşkil edir.
Göstərilən 6128 vergi ödəyicisindən hesabat dövründə 2517 ödəyici vergiyə cəlb olunmuşdur.
Göstərilən 7725 vergi ödəyicisindən- 2385 ödəyici vergiyə cəlb olunmuşdur (bundan-1370 nəfər vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən güzəştə olunan təqaüdçülərə, əlillər, şəhid ailələri, müharibə veteranları və s. 682- nəfər əmlakı olan 30m2-dən az olanlar və 1825 nəfər isə əmlakının dövlət qeydiyyatı olmayanlardır).
2025-ci il ərzində bələdiyyə büdcəsinə 193.552 manat gəlir daxil olmuş, xərclər 164891 manat təşkil etmişdir.
Büdcə gəlirlərinin əsas mənbəyindən olan əmlak vergisi-127480 manat, torpaq vergisi-25443 manat torpaqların icarəsindən 9497 manat, bələdiyyə fəaliyyətindən-130 manat və dotasiyadan 31000 manat daxil olmuşdur.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətdə xərclənmişdir:
Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının əmək haqqına- 87504,0 manat, əmək haqqına üstəlik-18302,0 manat, kommunal xidmətlərin ödənilməsi-939,0 manat, bələdiyyənin saxlanması ilə bağlı digər xərclər- 21408,40 manat, sosial yardımlar üzrə ödənişlərə- 15630,0 manat, quruculuq abadlıq və təmir işlərinə-16857,0 manat, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasına – 1800 manat və digər xərclərə- 2450,60 manat xərclənmişdir.
Zabrat bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu daima diqqət mərkəzində saxlanılır.
İl ərzində vətəndaşlardan daxil olmuş 271 müraciət qeyd olunan məsələlərə aid olmuşdur:
Vergi borclarının olub-olmaması -10
Torpaq sahələrininayrılıb-ayrılmaması - 6
Maddi yardım - 16
Dəfnlə bağlı Dövlət-Sosial Müdafiə
Fonduna arayışlar - 229
Digər məsələlər üzrə isə (yaşıllıq,
abadlıq və s.) - 10
Müraciətlərin hamısı müsbət həll olunub.
Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.
Bələdiyyədə “qaynar xətt” də telefon (550-51-00) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsi ilə daxil olan müraciət və təkliflər qeydə alınır, rəhbərliyə çatdırılır və məsul işçilər tərəfindən müraciətlər araşdırılaraq həllinə nail olunur. Bələdiyyədə hesabat dövründə 1442 vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindən -1012 nəfər olmuşdur.
Bələdiyyə seçki orqanı olaraq çalışır ki, seçicilərlə ünsiyyəti daha da genişləndirsin. Daimi Komissiyalar seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutaraq “bələdiyyə-vətəndaş” birliyinə nail olmağa çalışırlar.
Zabrat bələdiyyəsi təşkilatçılığı ilə 8 mart “Beynəlxalq Qadınlar bayramı”nda qadın bələdiyyə üzvüləri, bələdiyyədə çalışan qadın qulluqçuları bayram münasibəti ilə təbrik olunmuşlar. 21 mart “Novruz bayramı” münasibəti ilə ilə qəsəbə ərazisində yaşayan 9 “Şəhid ailəsi” ziyarət edilmiş və bayram sovqatları verilmişdir. “Novruz bayramı”, “Qurban bayramı”, “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə qəsəbədə yaşayan əlil, yardıma ehtiyacı olan və aztəminatlı ailələrə də bayram sovqatları verilmişdir.
Zabrat qəsəbəsində bələdiyyə tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Orta ümumtəhsil məktəblərində “20 Yanvar” faciəsinin 35-ci ildönümünə ilə bağlı “Qara Yanvar Faciyəsi” mövzusunda bir sıra tədbirlər keçirilmişdir. 2 fevral “Gənclər Günü” ilə bağlı tədbir, 26 fevral Xocalı faciəsinin 33-ci ildönümü barədə,ümumtəhsil məktəblərində də şagirdləri tədbirlər keçirilmişdir. 9 may “Qələbə günü”, 15 iyun “Qurtuluş Günü” münasibəti ilə bir çox siyasi tədbirlər həyata keçirilmişdir.
27 sentyabr “Anım Günü” münasibəti ilə bələdiyyə qulluqçuları ilə birlikdə qəsəbə ərazisində yaşamış Şəhidlərimizin məzarları ziyarət edilmiş, ailələri ilə görüşlər keçirilmişdir.
8 noyabr “Zəfər Günü”, 10 noyabr “Bayraq Günü” ilə bağlı bələdiyyə qulluqçuları məktəblilərlə birlikdə videoçarxlar hazırlayaraq nümayiş etdirmişlər.
Sabunçu rayon Zabrat bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet və s. vasitələrlə çatdırır.
N.Y.Nəsirova
Sabunçu rayonu, Zabrat bələdiyyəsinin sədri
Rəylər
0 Rəy