Anar Adığözəlov: “Bələdiyyədə bu komissiyanın yaradılması qərara alınıb”
“Hər bir bələdiyyə vətəndaş məmnunluğunun təmin edilməsi üçün ilk növbədə büdcə gəlirlərinin artırılması barədə düşünməli və bu istiqamətdə çalışmalıdır”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.
Sədr
qeyd edib ki, bələdiyyə vergi-uçot sistemini qaydaya salınması üçün bələdiyyə
iclasının qərarı ilə “Maştağa bələdiyyəsinin inzibati ərazisində fiziki şəxslərə
məxsus kommersiya obyektlərinin əhatəsini tam müəyyən etmək və vergi-uçotuna
alınması məqsədilə Komissiyanın yaradılması” qərara alınıb.
Bələdiyyə iclasının qərarı ilə altı nəfərdən təşkil edilən
komissiyaya bələdiyyənin sədr müavini Ağazakir Abdullayev təyin edilib.
Komissiyaya tapşırılıb ki, fiziki şəxslərə məxsus bütün
kommersiya obyektlərinin ünvanı və istifadə təyinatını, mülkiyyətçi barəsində məlumatları əldə etsin və əlaqə
telefonlarının dəqiqləşdirilməsini, habelə mülkiyyətin sahəsi barədə məlumatların əldə edilməsini
həyata keçirilsin.
Yekun olaraq əldə edilən məlumatlar Maştağa bələdiyyəsində “Fiziki şəxslərə məxsus
kommersiya obyektlərinin uçot reyestrinə” daxil ediləcəkdir.
Sədr bildirib ki, komissiya artıq işini başa çatdırmaq üzrədir.
Bu prosesin icrası nəticə etibari ilə həm vergilərin yığılmasına təkan verəcək, həm də vergidən yayınmaların qarşısını
almış olacaqdır.
Sədr qeyd edib ki, cari ildə hədəfimiz daha böyük uğurlara imza atmaqdır. Belə ki, dekabrda təsdiq etdiyimiz büdcə layihəsində hədəfimiz 745 min manat olsa da, bələdiyyənin vergi xidməti 800 min manatı keçmək niyyətindədir.
Belediyye.info
Rəylər
0 Rəy