Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-10-2026 , 01:36

49

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Bağçılar bələdiyyəsinin nümayəndə heyəti Sumqayıtlı həmkarlarını da ziyarət ediblər


stanbul şəhərinin Bağcılar Bələdiyyəsinin nümayəndə heyəti iqtisadi sahədə əməkdaşlıq imkanlarının müzakirəsi və qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Sumqayıt şəhərinə səfər edib. Səfər Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi tərəfindən tərtib edilmiş proqram çərçivəsində təşkil olunub. Nümayəndə heyətinin tərkibində Bağkent Tikinti və İdarəetmə Xidmətləri Sənaye və Ticarət A.Ş.-nin Direktorlar Şurasının sədri Ramazan Aygün, Bağasfalt qurumunun İcra Heyətinin üzvləri Tarkan Apari və Mehmet Sinan Mansuroğlu, həmçinin Bağcılar Bələdiyyəsi başkanının müşaviri Mustafa Araç yer alıb.

Səfər çərçivəsində nümayəndə heyəti Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, əməkdaşlıq perspektivləri və gələcək əlaqələrin inkişaf etdirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Nümayəndə heyəti, həmçinin Sumqayıt Bələdiyyəsini ziyarət edib. Görüş zamanı tərəflər arasında iqtisadi əməkdaşlığın qurulması, qarşılıqlı təcrübə mübadiləsi və gələcəkdə həyata keçirilə biləcək birgə təşəbbüslərlə bağlı fikir mübadiləsi aparılıb.

Proqram çərçivəsində qonaqlar Sumqayıt şəhəri ilə yaxından tanış olub, Heydər Əliyev Mərkəzini və şəhərin bir sıra mühüm məkanlarını ziyarət ediblər. Səfər qarşılıqlı əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətli olub.


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər