Hacı Zeynalabdin Bələdiyyəsində vətəndaşların növbəti qəbulu keçirilib
Sumqayıt
şəhəri Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Əsli Qasımovanın rəhbərliyi ilə
keçirilən növbəti vətəndaş qəbulu zamanı sakinlərin müraciətləri diqqətlə dinlənilmiş,
qaldırılan məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılmışdır. Müraciətlərin
operativ araşdırılması və qanunvericiliyə uyğun həlli məqsədilə aidiyyəti üzrə
müvafiq tapşırıqlar verilmişdir.
Qeyd edək ki, bu kimi görüşlər vətəndaşların problemlərinin birbaşa dinlənilməsi, şəffaf və səmərəli idarəetmənin təmin olunması, həmçinin bələdiyyə ilə sakinlər arasında qarşılıqlı etimad və əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Hacı Zeynalabdin Bələdiyyəsi
Rəylər
0 Rəy