Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-01-2026 , 00:15

425

Son xəbərlər

Bütün xəbərlər

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Bələdiyyə sədri  növbəti vətəndaş qəbulu keçirib


Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov növbəti vətəndaş qəbulunu keçirib.

Qəbul zamanı sakinlər müxtəlif mövzularda müraciətlərilə çıxış ediblər .

Əsasən kommunal xidmətlər, torpaq istifadəsi, yol və küçə infrastrukturu, bələdiyyə hüquqları və digər gündəlik problemlər diqqət mərkəzində olub.

Bələdiyyə sədri hər müraciəti diqqətlə dinləyərək, xüsusilə həllini yerindəcə tapmaq mümkün olan məsələlər üçün aidiyyəti üzrə tapşırıqlar verib. O bildirib ki, qəbul zamanı qaldırılan məsələlər bələdiyyənin sərhədləri daxilində mümkün qədər tez həll edilməlidir.Hər bir vətəndaşın müraciətinə fərdi yanaşma göstəriləcək, həlli mümkün olmayan məsələlər isə əlaqədar dövlət və bələdiyyə strukturlarına yönləndiriləcəkdir.

Xüsusilə vurğulayaq ki, bu cür açıq qəbul görüşləri bələdiyyə-sakin əlaqələrinin gücləndirilməsində, problemlərin vaxtında aşkara çıxarılması və aradan qaldırılması baxımından vacib rol oynayır.

Sumqayıt bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər