Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-11-2026 , 22:30

113

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İcra  başçısı bələdiyyə sədrləri ilə görüş keçirib

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev rayonda fəaliyyət göstərən bələdiyyə sədrləri ilə görüş keçirib. Görüşdə rayonda formalaşmış 10 bələdiyyənin sədri iştirak edib.

Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev bələdiyyələrin fəaliyyəti, onların yerli əhəmiyyətli məsələlərin həllində rolu, rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işlərinə töhfələri və qarşıda duran vəzifələr barədə fikirlərini bildirib.

İcra başçısı qeyd edib ki, bələdiyyələr yerli özünüidarəetmə orqanları kimi əhalinin gündəlik qayğılarının həllində, ərazilərin abadlaşdırılmasında, sosial məsələlərin diqqətdə saxlanılmasında və yerli təşəbbüslərin həyata keçirilməsində fəal iştirak etməlidirlər. Bu istiqamətdə hər bir bələdiyyə öz fəaliyyətini daha səmərəli qurmalı, mövcud imkanlardan düzgün istifadə etməli və üzərinə düşən vəzifələrin icrasına məsuliyyətlə yanaşmalıdır.

Hacıbaba Babayev, eyni zamanda, bələdiyyələrin maliyyə vəziyyəti ilə bağlı narahatlığını ifadə edib. Bildirib ki, hazırda rayonda fəaliyyət göstərən 10 bələdiyyədən yalnız birinin bank hesabı açıqdır, digər 9 bələdiyyənin isə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) yaranmış borclar səbəbindən bank hesabları bağlıdır.

İcra başçısı bu vəziyyətin bələdiyyələrin fəaliyyət imkanlarını məhdudlaşdırdığını vurğulayaraq, yaranmış problemin aradan qaldırılması üçün hər bir bələdiyyə sədrinin konkret tədbirlər görməsinin vacibliyini diqqətə çatdırıb. O, borcların araşdırılması, onların ödənilməsi istiqamətində real tədbirlər planının hazırlanması, maliyyə intizamının gücləndirilməsi və gəlir mənbələrinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Qeyd olunub ki, bələdiyyələr fəaliyyətlərində şəffaflığı və hesabatlılığı təmin etməli, yerli vergi və ödənişlərin qanunvericiliyə uyğun toplanmasına diqqəti artırmalı, mövcud maliyyə resurslarından səmərəli istifadə etməlidirlər.

Görüşdə cari dövr ərzində rayon ərazisində görülmüş işlər ətraflı təhlil olunub, bələdiyyələrin fəaliyyətində qarşıya çıxan çətinliklər müzakirə edilib. Mövcud problemlərin aradan qaldırılması, ərazilərdə abadlıq və təmizlik işlərinin davam etdirilməsi, əhalinin müraciətlərinə həssas yanaşılması və yerli əhəmiyyətli məsələlərin operativ həlli istiqamətində qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev bələdiyyə sədrlərinə fəaliyyətlərini günün tələblərinə uyğun qurmağı, qanunvericiliyin tələblərinə ciddi əməl etməyi, əhali ilə mütəmadi təmasda olmağı və rayonun sosial-iqtisadi inkişafına öz töhfələrini verməyi tövsiyə edib. Bildirib ki, yerli problemlərin həllində qarşılıqlı əməkdaşlıq, təşəbbüskarlıq və məsuliyyət əsas prinsiplər olmalıdır.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər